EBRD Şimal-Cənub nəqliyyat dəhlizini maliyyələşdirməyə hazırdır

EBRD Şimal-Cənub nəqliyyat dəhlizini maliyyələşdirməyə hazırdır
14:22 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması layihəsini maliyyələşdirməyə hazır olduğunu bildirib. 
"Report"un məlumatına görə, bunu Bakıda keçirilən biznes-forumda çıxış edən EBRD-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte bildirib.
Onun sözlərinə görə, Bank Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus və digər ölkələrdə nəqliyyat layihələrini fəal şəkildə maliyyələşdirir. 
"Şimal-Cənub layihəsinə gəlincə, bütün layihəni maliyyələşdirmək əlbbəttə ki, çətindir. Amma müəyyən hissələrinə maliyyə ayırmaq mümkündür", - deyə İ.Duarte bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/ebrd-simal-cenub-neqliyyat-dehlizini-maliyyelesdirmeye-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR