Barak Obamanın Qazaxıstanda kəndi ortaya çıxdı - FOTO

Barak Obamanın Qazaxıstanda kəndi ortaya çıxdı - FOTO
14:33 25 Noyabr 2016
126 Dünya
Ölkə mətbuatı
A- A+

Şərqi Qazaxıstanda yerləşən Barak Batır kəndi internet istifadəçilərinin diqqətini cəlb edib.

Publika.az “NUR.kz” portalına istinadən xəbər verir ki, kəndin girişində qurulmuş lövhədə ABŞ prezidenti Barak Obamanın portreti yerləşdirilib.

Portalın yazdığına görə, portret elə təəssürat yaradır ki, kəndə ABŞ prezidentinin adı verilib.

Qeyd edilir ki, əhalinin sayı 800 nəfər olan kənd 2009-cu ilə qədər Darstvennoe adlanırdı. Daha sonra Qazaxıstan milli-azadlıq hərəkatının rəhbərlərindən biri olan Barak Satıbaldıulının şərəfinə kəndin adı dəyişdirilib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR