Ermənistanın keçmiş müdafiə nazirinin kadrları "təmizlənir"

Ermənistanın keçmiş müdafiə nazirinin kadrları "təmizlənir"
14:57 25 Noyabr 2016
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın kadrları vəfifələrindən uzaqlaşdırılırlar.
Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.
"Jovohurd" qəzetinin mənbələrinin verdiyi məlumata görə, S.Ohanyanla qohumluq əlaqələri olan hərbi polisin rəisi Armen Arutyunyan işdən azad edilib, keçmiş müdafiə nazirinin Təhlükəsizlik Xidmətinin rəhbəri Sergey Ayrapetov isə başqa vəzifəyə keçirilib.
"Ancaq Vigen Sarkisyanın təyinatından sonra ona tezliklə "qara siyahıya" düşəcəyi barədə məlumat verilib", - nəşr yazır.
Məqalədə işdən azad edilmələrin bu ilin əvvəlində üstü açılan Ermənistan Müdafiə Nazirliyindəki korrupsiya qalmaqalları ilə bağlı olması ehtimalı vurğulanır.
"Xatırladaq ki, yuxarıda adları çəkilənlər hərbi polis binasında Müdafiə Nazirliyinin əməkdaşını döyərək onu özlərinə sərf edən formada ifadə verməyə məcbur ediblər", - nəşr qeyd edib.
Müdafiə Nazirliyi qəzetinin məlumatını şərh etməkdən imtina edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR