Azərbaycan da OPEK-in Vyana görüşünə qatılacaq

Azərbaycan da OPEK-in Vyana görüşünə qatılacaq
14:57 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanın energetika naziri Natiq Əliyev noyabrın 28-də OPEK-ə üzv ölkələrin və bu quruma daxil olmayan ölkələrin yüksək səviyyəli komitəsinin ikinci iclasında iştirak edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Energetika Nazirliyindən bildiriblər.

Xatırladaq ki, OPEK sentyabr ayının sonlarında Əlcəzairdə keçirilən qeyri-rəsmi görüşdə neft hasilatının məhdudlaşdırılması barədə razılığa gəlmişdi. Bu barədə yekun razılaşmanın noyabrın 30-da keçiriləcək OPEK-in rəsmi iclasında əldə olunacağı gözlənilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR