Azərbaycanda gələn il əhalinin xərclərinin artım tempi gəlirlərin artımını üstələyəcək

Azərbaycanda gələn il əhalinin xərclərinin artım tempi gəlirlərin artımını üstələyəcək
15:02 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə əhalinin gəlirlərinin 46 185,5 mln. manat olması proqnozlaşdırılır ki, bu da əvvəlki ilin analoji proqnozu ilə müqayisədə 3,91% çoxdur.
"Report" bu barədə 2017-ci ilin büdcə zərfi layihəsinə istinadən xəbər verir. 
Gələn il əhalinin xərcləri üzrə proqnoz da 7,46% artaraq 42 068,4 mln. manata yüksəldilib.
Büdcə zərfinə əsasən, gəlirlərin real azalma tempi builki -5%-ə qarşı gələn il -3,1%-ə dəyişib. Bu il xərclər üzrə -0,6% real azalma gözlənilirsə, 2017-ci il üçün 0,2% real artım proqnozlaşdırırlır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR