Savaş başlandı: Türkiyə Avropaya qarşı yeni cəbhə açır

Savaş başlandı: Türkiyə Avropaya qarşı yeni cəbhə açır
15:13 25 Noyabr 2016
200 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Parlamenti Türkiyənin Avropa İttifaqı ilə apardığı müzakirələrin müvəqqəti olaraq dondurulmasını tövsiyə edən qərar qəbul edib.

Publika.az
xəbər verir ki, Avropa Komissiyası və Avropa İttifaqı ölkələrinin bu qərara münasibəti son nəticəni müəyyən edəcək.

Türkiyəyə qarşı bu qərarın qəbul edilməsinin arxasında iki səbəbin dayandığı aydın görünür.

Birinci: Avropa Parlamenti ilk səbəbi açıq şəkildə dilə gətirdi; PKK-nı dəstəkləyən HDP millət vəkillərinin həbsdən buraxılması və terrorçuluqla mübarizə ilə bağlı qanunun yumlaşdılması.

Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, türkiyəli politoloq Hasan Oktay Publika.az-a açıqlamasında bildirib ki, Avropa Parlamenti Türkiyəyə qarşı qərar qəbul etmək üçün bu iki məsələni dövriyyəyə saldı: “Əslində, bununla Avropa İttifaqı bütövlükdə terrora dəstək verdiyini ortaya qoydu. Birliyə daxil etmək istədikləri bir ölkəyə qarşı terror törədənləri və bu terroru dəstəkləyənləri qoruyaraq, qərar qəbul etmək Avropa İttifaqını çətin vəziyyətə saldı. Bununla etibarlarını itirdilər, həmçinin, terroru dəstəkləyən qurum vəziyyətinə düşdülər”.

Terrorçuluqla mübarizə üzrə türkiyəli mütəxəssis Emrah Kaya isə Avropanın PKK-ya və bu terror təşkilatını dəstəkləyən partiyaya qarşı Türkiyənin yumşaq davranmasını istəməsinin səbəblərini Publika.az-a şərh edib.

“İlk olaraq, İŞİD ortaya çıxandan sonra, Avropada separatçı kürdlərin İŞİD-ə qarşı mübarizə apardığı görüntüsü yaradılıb. Buna görə də Avropa separatçı kürdləri qorumağa çalışır. İkincisi, Türkiyənin uzun illərdir mübarizə apardığı PKK-nın Avropa tərəfindən dəstəklənməsidir. Terrorçuların başçısı Abdullah Öcalan da ifadəsində PKK-nın Avropadan açıq dəstək gördüyünü demişdi. Türkiyənin terroru məhv etmək siyasəti Avropanın planlarına zərər verir. Üçüncüsü, Avropa HDP üzərindən türk siyasətini parçalamaq planlarını rahat şəkildə həyata keçirir və Türkiyənin daxili məsələlərinə müdaxilə edirdi. PKK və HDP-nin sıradan çıxarılması Avropanın Türkiyəyə uzanan əllərinin məhv edilməsidir. Son olaraq, Avropanın görmək istədiyi Türkiyə amili var. Avropa Türkiyənin güclü ölkə yox, daim terrorla mübarizə aparan ölkə olmasını istəyir. Bu, Türkiyənin daim Avropaya bağlı olaraq qalmasını təmin edə bilər”, - deyə o bildirib.

E.Kaya vurğulayıb ki, Avropanın Türkiyənin terrorla mübarizədə yumşaq davranmasını istəməsinin arxasındakı səbəblər bunlardır: “Avropa üçün əsas olan öz maraqlarıdır, Türkiyə deyil. Burada da ikiüzlü siyasət var. Avropa “İŞİD-i vuran, amma PKK/PYD-ni vurmayan, bölünməyə razı olan bir Türkiyə” istəyir. Buna görə də Türkiyəyə təzyiqlər edir”.

İkinci: Türkiyənin Avropanın istəyinə uyğun ölkə olmaq istəməməsi.

PKK-nı və onu dəstəkləyən HDP-ni sıradan çıxaran Türkiyə 15 iyul dövlət çevrilişindən sonra FETÖ-nün təmizlənməsini sürətləndirdi. Bu, faktiki olaraq Qərbin “Ankara kulislərinə” yerləşdirdiyi “casus”ların de-şifrə edilməsi əməliyyatıdır. Bununla yanaşı, indiyə qədər Ankara Avropa İttifaqına üzv olmaq üçün dəridən-qabıqdan çıxsa da, hazırda yönünü dəyişdirərək, Şərqə doğru açılır. Rusiya ilə yaxınlaşmaq və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq. Bu addım Avropa İttifaqının “Türkiyə siyasəti”ni iflasa uğradır. Belə demək mümkünsə, “tələ quranlar özləri tələyə düşür”.

Hasan Oktay Avropa İttifaqının son dövrlər Türkiyəyə qarşı siyasətini dəyişdirməsinə və sərtləşdirməsinə diqqət çəkərək, Türkiyə-Aİ münasibətlərinin artıq tükəndiyini deyib: “50 illik enişli-yoxuşlu münasibətlərdən hər iki tərəf yorulub və bir-birilərinə olan etibar itib”.

Türkiyəli politoloq Avropa İttifaqının Türkiyəyə qarşı sərt siyasətinin hələ Ukrayna böhranından başladığını bildirib.

“Türkiyə Avropa İttifaqı ilə Rusiyanın Ukrayna savaşında tərəfsiz qaldı. Bu, Rusiyanın xeyrinə idi. Bundan sonra Avropa İttifaqında Türkiyə ilə bağlı mənfi fikirlər yarandı. ABŞ və Avropa İttifaqı Ukrayna məsələsində son dərəcədə həssas davransa da, Türkiyənin mövqeyi fərqli idi və onlar buna görə Ankaranı cəzalandırmaq istəyirlər. Ukraynada Rusiya ilə mübarizədə uğur qazana bilmədilər. Daha sonra Rusiyanı İran vasitəsilə Suriyaya dəvət etdilər. İranın bu addımı atmasının səbəbi həm müttəfiqi Əsədi dəstəkləmək, həm də üzləşdiyi sanksiyalardan xilas olmaq idi. Suriyaya gələn Rusiya bölgədə Türkiyə ilə qarşı-qarşıya qoyuldu. 24 noyabr 2015-ci il tarixində Rusiya təyyarəsinin vurulması ilə Rusiya və Türkiyə müharibənin kandarına qədər gətirildi. Bu, ABŞ-Avropa İttifaqı-İran müttəfiqliyinin böyük uğuru idi. Ötən il baş verənləri nəzərdən keçirdikdə, bu proses daha aydın görünür”, - deyə politoloq qeyd edib.

H.Oktay vurğulayıb ki, iyun ayında Türkiyə-Rusiya-İsrail yaxınlaşması başlayan zaman ABŞ-Avropa İttifaqı-İran müttəfiqliyi təşviş içində Türkiyədə 15 iyul dövlət çevrilişi planını dövriyyəyə saldılar: “17 iyulda isə Ermənistanda Rusiyaya qarşı eyni plan işə düşdü. Lakin hər iki üsyan yatırıldı. Türkiyə və Rusiyaya qarşı bütün planları alt-üst olan ABŞ-Avropa İttifaqı-İranmüttəfiqliyi başqa yollar axtarmağa başladı. ABŞ-dakı seçkilər çox vacib idi və Hillari Klintonun seçilməsi üzərində plan quruldu. Lakin bu da baş tutmayanda, Avropa İttifaqı hərəkətə keçərək, 15 iyuldan sonra baş verənləri bəhanə edərək, Türkiyəyə qarşı belə qərar qəbul etdi. Bu qərar Türkiyənin ŞƏT-ə üzv olmasına görə yox, lap əvvəldən Ukrayna məsələsində tutduğu mövqedən irəli gəlir”.

Türkiyəli politoloq hesab edir ki, Türkiyə Avropa İttifaqından vaz keçməyəcək, lakin regional ittifaqlara da açıq olacaq.

“Türkiyə və Rusiya münasibətlərini inkişaf etdirərək, regional güc yaratmalıdırlar”, - deyə H. Oktay vurğulayıb.

***

Avropa İttifaqının Türkiyəyə qarşı atdığı addımlara ABŞ-dan hansı reaksiya veriləcəyi də maraqlıdır. Hazırda getməyə hazırlaşan Obamanın “Topal Ördək” olaraq nəsə etməsi ciddi nəticə verməyəcək. Əsas olan Ağ Evə köçməyə hazırlaşan Donald Trampın mövqeyidir. Tramp lap əvvəldən Türkiyə və Rusiya ilə münasibətlərə xüsusi önəm verdiyini açıqlayıb.

Bu baxımdan, Avropa İttifaqının Türkiyəyə qarşı siyasətində “təcili addım” amili açıq görünür. Hesab etmək olar ki, Brüssel Trampın prezident səlahiyyətlərinə başlamasına qədər planlarını həyata keçirmək niyyətindədir. Lakin o da açıq görünür ki, hazırda Avropa İttifaqı təklənmiş vəziyyətdədir. Birlik daxilində qarşıdurmanın olması onun təsir imkanlarını zəiflədir. Bu isə Türkiyənin əlini gücləndirəcək.

ABŞ-ın dəstəyini alan, yaxud ən azından Vaşinqtonun neytrallığından istifadə edən Türkiyə Avropaya qarşı hansı addımları ata bilər?

1. “Sərhədləri açarıq”, - deyən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ilk siqnalı verdi. Bu, Türkiyənin Avropaya ən böyük zərbəsi ola bilər. Avropadakı daxili qarşıdurmanın əsas səbəbi və başlanğıc nöqtəsi miqrant məsələsi oldu. Türkiyənin sərhədləri açaraq, miqrantları Avropaya göndərməsi isə Qitənin çökməsinə gətirib çıxara bilər.
Türkiyə sərhədləri açarsa: Böyük Britaniyadan sonra Avropa İttifaqı yeni “exit”lərlə qarşılaşacaq. (Artıq İtaliya öz niyyətini açıqlayıb); miqrantların axını bütün Qitədə iqtisadi və ictimai vəziyyətə ciddi təsir edəcək; bu vəziyyət radikal sağçıların əlini gücləndirəcək və onların hakimiyyətə gəlməsini təmin edəcək; Radikal Avropa parçalanacaq.
Bu, Trampla başlanan “Yeni Amerikaya” sərfəli görünür. Əslində, yeni Amerika prezidenti bunu açıq şəkildə dilə gətirir. Belə görünür ki, Türkiyə və Rusiya ilə yaxınlaşan Tramp Avropanın çökməsinə ən yaxşı halda tamaşa edəcək.

2. Türkiyənin Avropa İttifaqına üzv olmasının referenduma çıxarılması. “Trexit” adlanan bu məsələ artıq gündəmə gəlib. Son rəy sorğularında Türkiyə xalqının 68 faizi “Avropa İttifaqına üzv olaq?” sualına “Xeyir” cavabını verib. Beləliklə, Türkiyənin Şərq açılımı daha da güclənəcək.

3. Türkiyə artıq ŞƏT-lə danışıqlara başlayıb. Avropaya cavab olaraq, bu proses sürətlənəcək. Nəticədə, Ankaranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olması gözləniləndir. Bu, Qərb qarşısında daha güclü Şərqin dayanması deməkdir.

Asif Nərimanlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

XİN rəhbəri: "Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə böyük önəm verir"

23 Sentyabr 2017 05:43

Meksikada zəlzələ qurbanlarına yardım aparan vertolyot qəzaya uğrayıb

23 Sentyabr 2017 05:42

Polis hissələrindən başqa quruma keçən əməkdaşların vəzifə maaşı saxlanılacaq

23 Sentyabr 2017 05:22

Giləzi və Sitalçayda 1 147 ədəd partlamamış hərbi sursat tapılıb

23 Sentyabr 2017 04:52

Metronun Memar Əcəmi stansiyası yaxınlığında bıçaqlanma olub

23 Sentyabr 2017 04:47

Rusiyada ağır qəza: 9 ölü

23 Sentyabr 2017 04:43

Toy gecəsi gəlin öldü, bəy türməyə girdi

23 Sentyabr 2017 04:39

İran yeni ballistik raketi sınaqdan keçirdi

23 Sentyabr 2017 04:14

18 yaşlı qızı ilan sancdı

23 Sentyabr 2017 04:09

Ağcabədidə qəza: 1 ölü, 1 yaralı

23 Sentyabr 2017 04:04

Selfi ilə özünü biabır edənlər - FOTOLAR

23 Sentyabr 2017 04:03

Səudiyyə Ərəbistanında din xadimi qadınlar haqqında dediklərinə görə işdən kənarlaşdırılıb

23 Sentyabr 2017 04:02

"Yuventus" ötən maliyyə ilində 563 milyon avro məbləğində rekord gəlir əldə edib

23 Sentyabr 2017 04:02

Azərbaycan ağır atletlərinin Avropa birinciliyindəki çıxış cədvəli açıqlanıb

23 Sentyabr 2017 03:02

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 02:58

Krasnodarda küçənin ortasında azərbaycanlı ölüb

23 Sentyabr 2017 02:52

Türkiyədə kənd muxtarı silahlı hücum nəticəsində öldürüldü

23 Sentyabr 2017 02:49

Ağdaşda canavarlar mal-qaranı parçaladı

23 Sentyabr 2017 02:38

Samir Abasov: "Bəxtimiz gətirsəydi xal ala bilərdik”

23 Sentyabr 2017 02:17

Hafiz Hacıyevin qızının maşını cərimə meydançasına aparıldı - AVTOXULİQANLIĞA GÖRƏ

23 Sentyabr 2017 02:04

Çəkiliş zamanı jurnalist 3-cü mərtəbədən aşağı... - VİDEO

23 Sentyabr 2017 01:58

Azərbaycana payız gəlib

23 Sentyabr 2017 01:50

OPEK nazirləri yenə yığışır

23 Sentyabr 2017 01:35

Azərbaycanlı müğənni oğluna məclis qurdu - FOTOLAR

23 Sentyabr 2017 01:29

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 293 nəfərə çatıb

23 Sentyabr 2017 01:17

Neymar oynamayacaq

23 Sentyabr 2017 01:15

AÇ-2017: İlk gündə 7 oyun - NƏTİCƏLƏR

23 Sentyabr 2017 01:13

Məmmədyarov: "Bakı Bəyannaməsi multikulturalizmin ekstremizm və ksenofobiyaya qarşı mübarizə vasitəsi kimi təşviqində rəhbər prinsipə çevrilməlidir"

23 Sentyabr 2017 01:07

Qətər Suriya hakimiyyətinə çağırış etdi

23 Sentyabr 2017 01:00

Türkiyədə Nazirlər Kabinetinin toplantısı başa çatdı

23 Sentyabr 2017 00:55

ABŞ-da ardıcıl iki zəlzələ

23 Sentyabr 2017 00:54

Canlı yayıma sərxoş çıxan deputat aparıcının üstünə... - VİDEO

23 Sentyabr 2017 00:53

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 00:52

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16

Astroloji proqnoz - 23 sentyabr

23 Sentyabr 2017 00:13

Azərbaycan neftinin SON QİYMƏTİ -

23 Sentyabr 2017 00:10

Azərbaycana payız gəldi

23 Sentyabr 2017 00:09

Azərbaycana payız fəsli daxil olub

23 Sentyabr 2017 00:02

Məhkəmə Saakaşvilini 130 dollar cərimə etdi

22 Sentyabr 2017 23:59

Vyanada bomba həyəcanı -

22 Sentyabr 2017 23:58

Tovuzda yeni doğulan körpə öldü

22 Sentyabr 2017 23:54

Sprislər, təzyiq aparatları Azərbaycana hansı ölkələrdən idxal edilir?

22 Sentyabr 2017 23:53

XİN rəhbəri: "Azərbaycan Fələstinə münasibətdə artan beynəlxalq dəstəkdən məmnundur"

22 Sentyabr 2017 23:47

Ukrayna istəyinə çatır -

22 Sentyabr 2017 23:39

Şəkidə 40 yaşlı qadını ilan sancdı

22 Sentyabr 2017 23:28