"Ohanyanın kadrları nazirlikdən çıxarılır"

"Ohanyanın kadrları nazirlikdən çıxarılır"
15:17 25 Noyabr 2016
113 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın kadrları nazirlikdən çıxardılır.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az "Jovohurd"-a istinadən xəbər verir. 

Məlumata əsasən, Ohanyanla qohumluq əlaqələrinə malik, Hərbi Polis İdarəsinin rəis müavini Armen Arutunyan vəzifədən uzaqlaşdırılıb, sabiq nazirin Təhlükəsizlik Xidmətinin rəisi Sergey Ayrapetov isə digər vəzifəyə keçirilib. 

"Lakin Viqen Sarkisyanın təyinatından sonra ona aydın şəkildə bildiriblər ki, yaxın vaxtlarda o da "ehtiyata" göndəriləcək", - deyə nəşr yazır. 

Qəzet istefaların bu ilin əvvəlində Müdafiə Nazirliyində açılan korrupsiya qalmaqalları ilə əlaqəli ola biləcəyini də istisna etmir.

"Xatırladaq ki, yuxarıda adıçəkilən şəxslər Hərbi Polis İdarəsinin binasının qarşısında Müdafiə Nazirliyinin əməkdaşını döydürüb, onu onlara sərf edən formada ifadə verməyə məcbur edib", - deyə nəşr yazır. 

Ermənistan Müdafiə Nazirliyi bu məsələni şərh etməkdən imtina edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR