Azərbaycan gömrükçüləri dərman preparatları aşkar edib

Azərbaycan gömrükçüləri dərman preparatları aşkar edib
15:57 25 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun ixrac piyada-keçid xəttində Azərbaycandan Rusiyaya gedən ölkə vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə "Report"a DGK-dan bildirilib.
Məlumata görə, yoxlama zamanı vətəndaşın ayağındakı corablarından 40 həb “T-Dol-200” 200 mg, 50 həb “Tamol-XX” 200 mg, 30 həb “Timo-Doll” 200 mg və 20 həb “Tee-Dol-200” 200 mg adlı olmaqla, cəmi 140 həb dərman preparatları aşkar olunaraq götürülüb.
Qeyd edək ki, adı çəkilən dərman preparatları Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-gomrukculeri-derman-preparatlari-askar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR