O, mağaraya çəkildi və oradan qeyb oldu...

O, mağaraya çəkildi və oradan qeyb oldu...
15:58 25 Noyabr 2016
296 Digər
Ölkə mətbuatı
A- A+

Salyan rayonunun Qaraçala qəsəbəsində, Kürovdağın yamacında, yaşı min ildən çox hesab edilən və "Vağam" adlandırılan bir mağara var.

Bura ətraf ərazidə yaşayanların tez-tez üz tutduğu ziyarətgahdır. Üstünü iri daşlar və qaya parçaları örtmüş, hündürlüyü bir metrdən azacıq artıq olan mağaraya daxil olmaq və onun içərisində hərəkət etmək üçün gərək əyilə və dizin-dizin sürünəsən.

Mağaranın tavanı, divarları daşdandır, çökməməsi üçün içəridə dayaq tumbalar düzəldilib. Ziyarətçilərin rahatlığı üçün son vaxtlar mağaranın önündə daş pilləkan hörülüb, giriş qapısı genişləndirilib, divarlara suvaq, üstündən isə əhəngdən boyaq vurulub. Mağaranın yaxınlığında məscid, ocaqxana tikilib, talvar quraşdırılıb, oturacaq yerlər təşkil olunub. Bu ərazidə müxtəlif dövrdə yaşamış insanların dəfn olunduğu qəbiristanlıq da var.

Mağaraya müqəddəslik "Həzrət baba"dan gəlir

Şirvan Şəhər Mədəniyyət Mərkəzinin məsləhətçisi Eldar Qəmərli Sputnik-ə danışır ki, Vağam Kürovdağda yeganə mağara deyil, yeri itib-batan, dağılıb gedənlər də olub: "Elə mağaralar var ki, quruluşuna, tarixi əhəmiyyətinə görə Vağamdan daha maraqlı və zəngindir. Amma onların heç biri ziyarətgaha çevrilməyib. Vağamı müqəddəsləşdirən yeganə səbəb Yaxın Şərq ölkələrində səyyah, böyük şair və filosof kimi tanınmış Baba Kuhinin bir müddət burada yaşamasıdır".

Həm tarixi məxəzlərdə, həm də xalq arasında dolaşan rəvayətlərdə Kuhinin daşıdığı təxəllüslərə aid o qədər məlumatlar var ki, bunların hamısının bir tarixi şəxsiyyət barədə olmasının özü zaman-zaman mübahisə mövzusuna çevrilib.

Onun X və XI əsrlərin qovşağında, yüz ildən artıq yaşadığı ehtimal edilir. Kuhinin bütöv adı çox zaman belə təqdim olunur: Əbu Abdullah Məhəmməd ibn Abdullah ibn Übeydullah ibn Bakuyə. İmzasındakı "bakılılığa" görə bəzi araşdırıcılar Kuhinin Bakıda anadan olduğunu düşünüblər. Amma onun doğum yeri elmə dəqiq məlum deyil.

O, uzun müddət Şirazda və Nişapurda yaşadığından, "Şirazi" və "Nişapuri" təxəllüsləri ilə də tanınıb. El arasında bu şəxs həm də "Həzrət baba" və "Qarlı baba" adlandırılır.

Baba Kuhi Şərqdə "böyük şeyx" kimi tanınan sufi Əbu Abdullah ibn Xəfifin tanınmış müridlərindən, sufi şeirinin ilk görkəmli nümayəndələrindən biri hesab olunur. Bir çox tədqiqatçılar onun nəzmlə yazılmış 3 böyük əsərinin adını çəkib, farsca divanının olduğunu qeyd ediblər. Azərbaycan səyyahlarının ən yaxşı araşdırıclarından olan Nurəddin Kərəmov hesab edir ki, kainatın heliosentrik sistemi haqqında o, Əbdürreyhan əl-Birunidən 30-40 il, Kopernikin kəşfindən isə 500 il əvvəl fikir söyləyib.

… Deyəsən mağaradan uzaqlaşdıq. Amma çox da yox. Əgər bu məkanı müqədəsləşdirən daşlar deyil, bir tarixi şəxsiyyətdirsə və o, bundan daha böyük və qiymətli bir irs qoyub gedibsə, barəsində ətraflı məlumat verməyə ehtiyac var. Təbii olaraq hər kəsdə ilk yarana biləcək suallardır:

Kuhi kim olub, bu yerlərə haradan və niyə gəlib?

İrsinin araşdırıcıları hesab edirlər ki, Kuhi Şirvanşahlar sarayının vəziri olmuş Pir Hüseynin böyük qardaşıdır (yeri gəlmişkən, Pir Hüseynin məqbərəsi üstündə tikilmiş Pirsaatçay xanəgahı da əsrlər boyudur səcdəgaha çevrilib). Deyilənə görə aralarındakı fikir ayrılığına və daim mübahisədə olduğuna görə, o, qardaşından kənarlaşmalı olub.

Bir müddət Pirsaatçay vadisində — Şamaxıdan şərqdə məskunlaşıb, ardınca Babadağa sığınıb. Ömrünün ahıl çağlarını belə, müqəddəs adam səyahətlərdə keçirib. Xeyli müddət Məşhəd yaxınlığındakı Nişapur şəhərində yaşayıb, sonda Şirazda dayanıb. Tədqiqatçılar onun elə öz əsərlərinə istinad edərək bu səyahətlərdə təriqət yolçuluğunu, otuz min hekayət və üç min hədis yığdığını da qeyd edirlər.

E.Qəmərli bildirir ki, elmi ədəbiyyatda Kuhinin Vağamda yaşadığına aid heç bir məlumata rast gəlməyib: "Lakin xalqın çoxəsrlik inancı və nəsildən nəsilə ötürülməklə, mahiyyətcə dəyişikliyə uğramadan bu günümüzədək gəlib çıxmış rəvayətlər, heç də əsassız hesab edilə bilməz. Vağamla Pirsaat çayı vadisi arasında 30-35 km məsafə var. Ola bilsin ki, Baba Kuhi, həqiqətən əvvəlcə orada məskunlaşıb, sonra bu mağaraya köçüb". Tədqiqatçı diqqəti həm də buna çəkir ki, elmi ədəbiyyatla rəvayətlərdə xeyli uyğunluq var: "Hər ikisində Babanın dağlarda, mağarada yaşadığı və müqəddəsliyi xüsusi qeyd olunur. Təxəllüsündəki "kuhi" sözü "dağlı", "dağ adamı", "dağda yaşayan adam" mənasını verir (farsca "kuh" sözü dilimizə "dağ" kimi tərcümə olunur). Müxtəlif səbəblər gətirilməklə Babanın bu yerlərdən incik düşməyi də qabardılır".

Kuhi bizə niyə lazımdır?

Ziyarətə gələnlərin çoxu Kuhini tarixi şəxsiyyət kimi tanımır, onun həyat və yaradıcılığı, fəlsəfi görüşləri barədə məlumatlı deyil. Baba onlar üçün yalnız fövqəltəbii qüvvədir: "O, heç kəsi naümid qoymayıb, qapısından boş yola salmayıb, dərgahında səslənən duaları Allah qəbul edib".

Elə bu inamla Kuhidən kimi xəstəliyinə çarə, kimi övlad, kimisə ailəsinə ruzi istəyir. Belə baxanda, sadə insanları qınamaq da olmaz — Kuhi irsi, dünyanın müxtəlif kitabxalarında saxlanılan əsərləri, bir də "ayaq izləri" mötəbər elmi araşdırmaların yolunu gözləməkdədir. Nizami, Füzuli, Sədi, Hafiz, Nəsimi kimi klassiklərin diqqətini cəlb etmiş bir filosofumuz elmin, təhsilin belə inkişaf səviyyəsində niyə insanlarımız tərəfindən tanınmamalıdır?

Lap ədəbiyyat, fəlsəfə, inanc məsələsini və Kuhinin özünü də bir kənara qoyaq, Vağama sıradan bir mağara kimi yanaşaq. Bir balaca mağara tarixin ən uzaq qatlarından xəbər vermirmi? Axı, orta məktəb şagirdi də bilir ki, mağaralar ibtidai icma quruluşunda yaşayanların məskəni olub. Elə yurdun uzaq keçmişini öyrənmək baxımından da bu, qiymətli bir tapıntı, abidə deyilmi? Mağara ətrafındakı qəbiristanlıqda qədim dövrlərə aid olan xeyli sayda qəbir var. Üzərində yazı olmasa da, fərqli forma və üslubda olması ilə məzar daşları, sanki nəsə demək istəyir. Xalqın min illik inancı və bəlkə elə Kuhinin fövqəltəbii qüvvəsi hələ ki, neçə əsrlər əvvələ aid olan tarixin son izlərinin silinməsinə imkan verməyib. Niyə bu ziyarətgaha bir alim gəlməsin?

Kuhinin oturaq yerlərinin çoxu ziyarətgaha çevrilib

Xalq inancına görə, Kuhi Vağamdan Babadağa gedib və orada qeybə çəkilib. Hətta bu dağın da "Həzrət Baba"nın məskəni olandan sonra belə adlandığı iddia olunur. Eldar Qəmərli deyir ki, hər il yay aylarında İsmayıllı və Quba rayonlarının sərhədində yerləşən ziyarətgaha gedən şirvanlılar, ilk olaraq Vağama gəlirlər. Şirazdakı məqbərəsinə də beləcə müqəddəs yer kimi yanaşılıb. Min ildir bitib-tükənməyən bu sevgini böyük filosof, sanki sağlığında duyaraq yazıb: "Kuhi ürəyini bədəninin təbindən siləndən sonra nəhəng bir dəryaya düşdü…". (sputnik.az)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“V Element”dən ayrılan məşhur aparıcıdan ŞOK ETİRAF: “O qız cəsarət etmədiyi üçün...” - MÜSAHİBƏ

26 Sentyabr 2017 15:03

Çexiya millisinin baş məşqçisi: "Azərbaycan və San-Marinoya qalib gəlməliyik"

26 Sentyabr 2017 15:02

“İPhone X” satışa buraxılmayacaq

26 Sentyabr 2017 14:58

"Kürdüstan" region üçün hansı təhlükə yaradır?

26 Sentyabr 2017 14:58

Gürcüstan prezidenti: "Dağlıq Qarabağ kimi münaqişələr fəlakətə səbəb ola bilər"

26 Sentyabr 2017 14:57

Rusiyada "Facebook"u bağlaya bilərlər

26 Sentyabr 2017 14:52

15 il komada qalmışdı... - TİBBDƏ İNANILMAZ UĞUR

26 Sentyabr 2017 14:48

Azad Azərbaycan Teleradio Şirkətinə yeni rəhbər təyin edilib

26 Sentyabr 2017 14:47

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri “Concordia” Sammitinə qatılıb

26 Sentyabr 2017 14:47

Ronaldo bu qızla evlənir - FOTO

26 Sentyabr 2017 14:47

Suriya kürdlərinə muxtariyyət verilir – Rəsmi BƏYANAT

26 Sentyabr 2017 14:43

Neftin 40 dollar/barel qiyməti Rusiyanı qane edir

26 Sentyabr 2017 14:42

Azərbaycanda “TurAz Qartalı-2017” birgə taktiki uçuş təlimləri uğurla davam edir

26 Sentyabr 2017 14:42

Suriya XİN başçısı: “İraqın ərazi bütövlüyünün tərəfdarıyıq, “referendum"u qəti olaraq qəbul etmirik”

26 Sentyabr 2017 14:42

Heyva mürəbbəsinin hazırlanması

26 Sentyabr 2017 14:42

"Kürdüstan hökuməti ağlını başına yığsın" - Ərdoğan

26 Sentyabr 2017 14:39

Bu ölkədə “WhatsApp” messencerinə giriş bağlanıb

26 Sentyabr 2017 14:35

Ən bahalı brendlər reytinqi açıqlanıb

26 Sentyabr 2017 14:35

Azərbaycanda Kürdüstana dəstək verən məmur danışdı: "Kimsədən qorxmadan, çəkinmədən..."

26 Sentyabr 2017 14:34

Süd vəzi xərçəngindən özünüzü belə qoruyun

26 Sentyabr 2017 14:33

Heydər Əliyev prospektində yol qəzası

26 Sentyabr 2017 14:30

ATV-nin rəhbəri Vüqar Qaradağlı işdən çıxarıldı

26 Sentyabr 2017 14:29

17-ci əsrə aid məşhur rəsm əsəri tapıldı - FOTOLAR

26 Sentyabr 2017 14:28

Azərbaycan daha bir nəfəri “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib

26 Sentyabr 2017 14:27

ATV-nin yeni rəhbəri bu şəxs oldu

26 Sentyabr 2017 14:22

Adamyeyən ər-arvadın evindən GÖRÜNTÜLƏR

26 Sentyabr 2017 14:19

ATV-nin rəhbərliyi dəyişdi

26 Sentyabr 2017 14:18

Azərbaycan Prezidenti: "Ermənistan tərəfi danışıqların imitasiyası ilə məşğuldur"

26 Sentyabr 2017 14:17

İlham Əliyev NATO nümayəndəsini qəbul edib

26 Sentyabr 2017 14:16

“Bölgə məzhəb qarşıdurmasına gedir” - Ərdoğandan XƏBƏRDARLIQ

26 Sentyabr 2017 14:13

Turanın məşhur verilişi bağlandı - ATV-dən AÇIQLAMA

26 Sentyabr 2017 14:03

Olimpiadada Toğrul Əsgərova uduzan güləşçinin xatirə turnirində kütləvi dava olub

26 Sentyabr 2017 14:02

"Citibank": Neft bazarı təklif qıtlığı ilə üzləşəcək

26 Sentyabr 2017 13:57

ATV-nin rəhbərliyi tam tərkibdə istefaya göndərildi

26 Sentyabr 2017 13:54

Ağ Evdə MƏXFİ GÖRÜŞ: Özalın Kərkük planı və baronların hücumu - SİRLƏR AÇILIR

26 Sentyabr 2017 13:53

Türkiyə prezidenti İraqın şimalındakı "referendum"a münasibət bildirib

26 Sentyabr 2017 13:52

Generalların məhkəməsi davam edir

26 Sentyabr 2017 13:49

Dollar ucuzlaşdı - HƏRRACDA

26 Sentyabr 2017 13:48

Keçmiş sevgilisinin futbolçu dostu ilə görüşən model DANIŞDI - FOTO

26 Sentyabr 2017 13:48

Çexiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

26 Sentyabr 2017 13:47

Keçmiş MTN generallarının məhkəməsi davam etdirilir

26 Sentyabr 2017 13:47

Çexiya Bakıya bu futbolçularla gəlir - SİYAHI

26 Sentyabr 2017 13:47

"Superkubokun finalı Bakıda keçirilsin" - "Beşiktaş" prezidenti

26 Sentyabr 2017 13:39

“Maşın” şouda kimlər iştirak edəcək? - “Adlar məlumdur”

26 Sentyabr 2017 13:38

Morales: "Tramp bəşəriyyət üçün ən böyük təhlükədir" - FOTO

26 Sentyabr 2017 13:33

"Qarabağ" Bakıda məğlubedilməzdir - RƏQƏMLƏR

26 Sentyabr 2017 13:29

Dollar ucuzlaşdı

26 Sentyabr 2017 13:29

"Azərbaycan multikulturalizmi" fənni daha iki xarici universitetdə tədris olunacaq

26 Sentyabr 2017 13:27

Heydər Əliyev prospektində yol qəzası olub, xəsarət alan var

26 Sentyabr 2017 13:27

ATƏT-in Varşava toplantısının ardından

26 Sentyabr 2017 13:23