Yanukoviç məhkəmədə ifadə verdi - VİDEO

Yanukoviç məhkəmədə ifadə verdi - VİDEO
16:05 25 Noyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Kievdə Ukraynanın sabiq prezidenti Viktor Yanuokviçin videokonfrans formatında dindirilmə proseduru olub.

Milli.Az UNİAN-a istinadən bildirir ki, o, 2014-cü ilin fevralında Kiyevdəki Maydan olayları ilə bağlı məhkəmə prosesində şahid qismində ifadə verib.

Dindirilmə üçün Kiyevin Svyatoşin rayon məhkəməsi ilə Rusiyanın Rostov şəhərindəki vilayət məhkəməsi arasında videokonfrans təşkil olunub.

Ukraynanın sabiq prezidenti hazırda Rostov şəhərində yaşayır.

Proseslə bağlı olaraq Svyatoşin rayon məhkəməsinin binasını 130 polis qoruyur. Yanukoviçin ifadə verdiyi anlarda məhkəmədə olmaq üçün 300 jurnalist akkreditasiyadan keçib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR