Kiyevdə keçmiş prezidentin dindirilməsinə başlanılıb

Kiyevdə keçmiş prezidentin dindirilməsinə başlanılıb
16:07 25 Noyabr 2016
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Kiyevdə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin dindirilməsinə başlanılıb. O, 2014-cü ilin fevral ayında Kiyevdə baş vermiş iğtişaşlar üzrə şahid qismində ifadə verir.
Bu barədə "Report" "112 Ukrayna" telekanalına istinadən xəbər verir.
Dindirilmənin həyata keçirilməsi üçün Kiyev şəhər Svyatoşinski Rayon Məhkəməsi və Viktor Yanukoviçin bir müddət əvvəl gəldiyi Rusiyanın Rostov Vilayət Məhkəməsi arasında videoəlaqə təşkil edilib.
Məlumata görə, Ukraynanın paytaxtında istintaq tədbirləri ilə əlaqədar təhlükəsizlik gücləndirilib. Svyatoşinski Rayon Məhkəməsinin binasını 130 polis mühafizə edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR