Türkiyədə olaya səbəb olan FOTO

Türkiyədə olaya səbəb olan FOTO
16:42 25 Noyabr 2016
123 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Beşiktaş" klubunun azarkeşləri bir vaxtlar komandada idarəçilik edən Alattin Aykaçın idarə heyətinə üzvlükdən atılmasını istəyir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tərəfdarlar bununla bağlı klubun binası önündə aksiya da keçirib.

Buna səbəb isə onun ötən mövsüm "Fənərbağça" - "Qalatasaray" oyunundan sonra "sarı-lacivərdli" komandanın prezidenti Aziz Yıldırımın önündə yerə oturmasıdır. Həmin vaxt da azarkeşlər kluba bu səbəbdən etiraz etmişdi.

Kluba son göndərilən maillərdə isə Ermənistanın Azərbaycana etdiyi soyqırımı qəbul etməyən ölkələrdən biri olan Serbiyanın vətəndaşlığına keçən Aykaçın klubdan göndərilməsi istənilir.

Qeyd edək ki, Alattin Aykaç bir vaxtlar "Palmali" Şirkətlər Qrupundan işləyib. Mübariz Mənsimova yaxın olan Aykaç pul yeyintisi səbəbindən şirkətdən çıxarılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR