“Futbolda yaxşı oyuna xal verilmir” - Vüqar Bəybalayev

“Futbolda yaxşı oyuna xal verilmir” -   Vüqar Bəybalayev
17:27 25 Noyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+


Topaz Premyer Liqasının XIII turunda Gəncədə “Neftçi”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyunla bağlı hazırlıqlarını davam etdirir. 

Fanat.Az xəbər verir ki,  Bakıda məşq edən “sarı-göylər”in futbolçusu Vüqar Bəybalayev paytaxt təmsilçisi ilə oyun öncəsi kapazpfc.az saytına fikirlərini bölüşüb.


Gənc futbolçu qələbəyə kökləndiklərini ifadə edib:  “Komandamız var gücü ilə qarşıdakı oyuna hazırlaşır. Fikrimiz qələbə qazanmaqla azarkeşləri sevindirməkdir. Sonuncu oyunda da xal qazanmağa yaxın olduq, “Qarabağ”a qarşı matçın ikinci hissəsində yaxşı çıxış etdik. Amma futbolda yaxşı oyuna xal verilmir. Son görüşlərdə qələbə qazana bilmirik, bu vəziyyət bizi də narahat edir. Özümüz də oyunları təhlil edirik. Onu da deyim ki, zədəlilərlə cəzalılarımız da çox olur. Meydana optimal heyətlə çıxa bilmirik. Bu da nəticəyə öz mənfi təsirini göstərir. Heyətlə bağlı vəziyyət yavaş-yavaş düzəlir. Ona görə də “Neftçi” ilə qarşılaşmada məğlubiyyətləri azarkeşlərə unutduracağımıza inanıram. Qazanacağımız qələbə xal ehtiyatımızı artırmaqla yanaşı, turnir cədvəlində mövqeyimizi də yaxşılaşdıra bilər”.



Fanat.Az




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-futbolda-yax-oyuna-xal-verilmir-t54452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR