Builki "Number One"lar kimlər olacaqlar?

Builki "Number One"lar kimlər olacaqlar?
17:32 25 Noyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, artıq 4-cü ildir Azərbaycanda keçirilən "Number One" Beynəlxalq Mükafatlandırma Mərasimi hər il olduğu kimi, bu il də öz sahiblərinə çatacaq.

Milli.Az-ın məlumatına görə, maraqla gözlənilən mükafatlandırma mərasiminə bir neçə gün qalıb. Tədbir 30 noyabr tarixində "Badamdar" oteldə saat 16:00-da qırmızı xalıdan keçidlə start götürəcək və gecəyə tanınmış ictimai xadimlər, xalq artistləri, aktyorlar, nüfuzlu şəxslər qatılacaqlar. Bu il kimlərin mükafat alacağı, hələ ki, gizli saxlanılır.

Layihənin Azərbaycan üzrə rəhbəri Tural Ozan həmin gün şou və sənət dünyasını çoxlu sürprizlər gözləyəcəyini bildirib. Eyni zamanda, mükafatlandırma mərasimini işıqlandıracaq televiziya, verilişlər və digər media orqanları nümayəndələrinin, jurnalistlərin, fotoqraf və kameramanların saat 15:00-dan mərasimə gəlmələri xahiş olunur.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR