Abşeronda 50 yaşlı kişini avtomobil vuraraq ərazidən uzaqlaşıb

Abşeronda 50 yaşlı kişini avtomobil vuraraq ərazidən uzaqlaşıb
17:42 25 Noyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Abşeron rayonunda avtomobil 50 yaşlı kişini vuraraq hadisə yerindən uzaqlaşıb.
"Report"un xəbərinə görə, hadisə Masazır qəsəbəsi, "Duz gölü"-nün yaxınlığında qeydə alınıb.
Belə ki, "Qurtuluş-93" yaşayış kompleksindən çıxaraq yolu keçmək istəyən 1966-ci il təvəllüdlü Səmədov Natiq Tapdıq oğlunu naməlum markalı avtomobil vurub. Xəsarət alan N.Səmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Avtomobilin modeli və sürücünün kimliyinin araşdırılması üçün yaxınlıqdakı "Təhlükəsiz şəhər" kamerasının (TŞK) lentə aldığı görüntülərə baxılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/abseronda-50-yasli-kisini-avtomobil-vuraraq-eraziden-uzaqlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR