60 minlik dələduzluq edənə 8 İL 6 AY HƏBS

60 minlik dələduzluq edənə 8 İL 6 AY HƏBS
17:49 25 Noyabr 2016
65 Digər
Ölkə mətbuatı
A- A+

Bakı sakinlərinə qarşı 60 min manatdan çox dələduzluq  etməkdə təqsirləndirilən Nofəl Qafarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən N.Qafarov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, N. Qafarov Bakı sakinləri - Sədəbxanım Əliyeva, Elşən Rəhimov və Natiq Qurbanovun etibarından sui-istifadə edərək, onlara qarşı 61 min 352 manat məbləğində dələduzluq edib. Belə ki, o, Bakıdakı tikinti şirkətlərindən birinə məxsus bir neçə mənzili zərərçəkmişlərə satacağını deyib, lakin pulu aldıqdan sonra vədinə əməl etməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR