Azərbaycana gələn diplomatik bağlamalar təhlükəlidirmi?

Azərbaycana gələn diplomatik bağlamalar təhlükəlidirmi?
17:52 25 Noyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici ölkələrin Azərbaycandakı nümayəndəliklərinə, səfirliklərə gələn bağlamalar gömrükdən yoxlanılmadan keçir. Həmin bağlamalar yalnız nümayəndəliklərdə açılır. Bu prosedur beynəlxalq hüquqla tənzimlənir. Bəs diplomatik poçt bağlamalarının təhlükələri ola bilərmi? QHT-lərə verilən qrantlar bu bağlamalarla gətirilə bilərmi?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl modern.az-a deyib ki, beynəlxalq qanunlarla diplomatik bağlamalar gömrüklərdə yoxlanılmır, toxunulmazdır.

"Azərbaycanın  göndərdiyi diplomatik poçtlar da açılmır. Əgər o bağlama təhlükəli olarsa, onu daşıyan nəqliyyat, poçt qəbul etmir. Heç bir dövlət də pulu bağlamada poçt vasitəsi ilə göndərmir. Çünki əgər bunun üstü açılsa, diplomatik münasibətlər pozula bilər. Heç bir dövlət hansısa QHT üçün bir başqa dövlətlə münasibətləri məhv etməyi gözə almaz.
 
Deyək ki, bağlamanın içərisində qadağan olunmuş ədəbiyyat var. Heç bir Avropa ölkəsi bunu etməz. Ola bilsin ki, dini ədəbiyyat gətirmək üçün hansısa bir dini dövlət, şəriət dövləti bu xətdən istifadə etsin. Onun da böyük bir cinayəti yoxdur. İndi internet əsridir, istənilən adam qadağan olunmuş kitabı internetdən oxuya bilər. Heç bir dövlət istəməz ki, diplomatik poçta görə ölkə münasibətlərinə xələl gətirsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR