Millimizin baş məşqçisi müəyyənləşib

Millimizin baş məşqçisi müəyyənləşib
17:57 25 Noyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

Təbriz Həsənov Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına baş məşqçi təyin olunub. 

Bu barədə "Report"a 49 yaşlı mütəxəssisin özü məlumat verib. 


T.Həsənov təyinatın hələ rəsmiləşmədiyini, amma yığmanın noyabrın 29-da Bakının Mərdəkan qəsəbəsindəki yığma komandaların məşq mərkəzində başlanacaq təlim-məşq toplanışına rəhbərliyin ona həvalə olunduğunu açıqlayıb: "Bir həftəlik hazırlıq prosesinə 1999-cu il təvəllüdlü futbolçular dəvət edilib. Həmin oyunçularla 3 ildir mən işləyirəm. İndi onlar U-19 komandasına keçib. Bu səbəbdən, yığma da mənə tapşırılıb".


Qeyd edək ki, yeni baş məşqçi təyinatının AFFA İcraiyyə Komitəsinin 2017-ci ilin martında keçiriləcək iclasında rəsmiləşəcəyi gözlənilir. Təbriz Həsənov bu vəzifədə Nazim Süleymanovu əvəzləyib.




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-ba-mqcisi-muyynlib-t54454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR