Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəbdə baş verən kütləvi davaya münasibət bildirib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəbdə baş verən kütləvi davaya münasibət bildirib
17:57 25 Noyabr 2016
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi Suraxanı rayonundakı 101 saylı tam orta məktəbdə baş verən kütləvi davaya münasibət bildirib.
İdarədən “Report”a daxil olan məlumata görə, həmin məktəbdə şagirdlərin anlaşılmazlığı zəminində baş verən mübahisə qurum tərəfindən araşdırılır. 
Məlumatda o da qeyd olunub ki, məsələyə aydınlıq gətirildikdən dərhal sonra ictimaiyyətə açıqlama veriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR