Prokuror: "Terrorçular dekabrın 1-də Parisdə terror hücumu həyata keçirməyi planlaşdırıb"

Prokuror: "Terrorçular dekabrın 1-də Parisdə terror hücumu həyata keçirməyi planlaşdırıb"
18:07 25 Noyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Strasburq və Marseldə ötən həftə saxlanılan 5 şübhəli şəxs İŞİD terror qruplaşması ilə əlaqəli olub və qruplaşmadan şifrələnmiş rabitə kanalları vasitəsilə təlimat alıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Paris prokuroru Fransua Molan məlumat verib.
Onun sözlərinə görə, şübhəli şəxslərin Strasburqdakı mənzilində aparılan axtarış zamanı onların İŞİD üzvü olduğunu göstərən təlimat mətnləri və şəhid ölümünü tərənnüm edən təlimatlar aşkarlanıb.
İstintaq müəyyənləşdirib ki, saxlanılan şəxslər dekabrın 1-də Parisdə terror hücumu həyata keçirməyi planlaşdırıb və bu məqsədlə bir çox potensial yerləri, o cümlədən Paris Disneylendi və Yelisey meydanını araşdırıb.
Xatırladaq ki, daha əvvəl Strasburq və Marseldə saxlanılanların 29-37 yaş arası Əfqanıstan, Mərakeş əsilli yerli fransızlar olduğu bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/prokuror-terrorcular-dekabrin-1-de-parisde-terror-hucumu-heyata-kecirmeyi-planlasdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR