Salyanda minik avtomobilləri toqquşub, yaralananlar var

Salyanda minik avtomobilləri toqquşub, yaralananlar var
18:07 25 Noyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan.25 noyabr.REPORT.AZ/ Salyan rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Əliağa Kürçaylı küçəsi ilə Təvəkkül Sultanov küçəsinin kəsişməsində qeydə alınıb. 
Belə ki, həmin küçələrin kəsişməsində “Mersedes” markalı avtomobillə “VAZ 2106” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobil ciddi zədələnərək yararsız hala düşüb.
Hadisə zamanı müxtılif dərəcəli bədən xəsarətləri alan iki nəfər Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-minik-avtomobilleri-toqqusub-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR