Məktəbdəki dava ilə bağlı araşdırma başladıldı

Məktəbdəki dava ilə bağlı araşdırma başladıldı
18:12 25 Noyabr 2016
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Suraxanı rayonundakı 101 saylı məktəbdə davanın baş verməsinə münasibət bildirib.

Milli.Az xəbər verir ki, idarədən Trend-ə verilən məlumata görə, 101 saylı tam orta məktəbdə şagirdlərin anlaşılmazlığı zəminində baş vermiş mübahisə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılır. Məsələyə aydınlıq gətirildikdən dərhal sonra ictimaiyyətə açıqlama veriləcək.

3 saylı Şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, noyabın 24-də Zeynalova Zəminə Həsən qızı 101 saylı orta məktəbdə baş verən dava nəticəsində döş qəfəsi və sağ əlinin barmağının əzilməsi şikayəti ilə xəstəxanaya müraciət edib. Xəstəyə ilkin tibbi yardım göstərilib və ona ambulator müalicə təyin edilib.

Qeyd edək ki, noyabrın 24-də 101 saylı məktəbdə 2 şagird arasında baş verən davaya sonradan onların valideynləri və qohumları müdaxilə edib. Nəticədə 2-si müəllim olmaqla, 5 nəfərin xəsarət aldığı bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR