Astarada 52 yaşlı piyadanı maşın vurub, sürücü qaçıb

Astarada 52 yaşlı piyadanı maşın vurub, sürücü qaçıb
18:27 25 Noyabr 2016
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara. 25 noyabr. REPORT.AZ/ Astara rayonunda 52 yaşlı qadını maşın vurub. 
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Böyük Şahağacı kəndinin ərazisində qeydə alınıb. 
Belə ki, yol kənarında küçə ticarəti ilə məşğul olan Təliqəni Mehdi qızı Quliyevanı avtomobil vurub, sürücü hadisə yerindən qaçıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. 
Sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/astarada-52-yasli-piyadani-masin-vurub-surucu-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR