Astara rayonunda 52 yaşlı qadını maşın vurub.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Böyük Şahağacı kəndinin ərazisində qeydə alınıb.
Belə ki, yol kənarında küçə ticarəti ilə məşğul olan Təliqəni Mehdi qızı Quliyevanı avtomobil vurub, sürücü hadisə yerindən qaçıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.