İsrail göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib

İsrail göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
18:47 25 Noyabr 2016
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ İsrailin Xarici İşlər Nazirliyi ölkənin şimalında baş vermiş yanğınların söndürülməsində kömək göstərən dövlətlərə təşəkkür edib.
"Report"un verdiyi məlumata görə, İsrail tərəfi Azərbaycan, Türkiyə, Yunanıstan, Kipr, Xorvatiya, İtaliya, ABŞ, Fransa və Rusiyanın kömək göndərdiyini açıqlayıb.
İsraildə bu həftə baş verən meşə yanğınları eyni vaxta ölkənin bir neçə rayonuna da yayılıb. Föhqəladə Hallar Nazirliyinin əməkdaşları Qüds yaxınlığında yerləşən Nataf qəsəbəsindəki, eləcə də Təl-Əviv və Qüds arasında yerləşən Latrun bölgəsində meşə yanğınları ilə mübarizə aparırlar. Hazırda yanğın ölkənin şimalında Hayfa, Hadera və Zixron-Yaakov şəhərlərində tüğyan edir. 
Xatırladaq ki, noyabrın 25-də Azərbaycan yanğının söndürülməsinə kömək etmək üçün İsrailə yanğınsöndürən təyyarə göndərib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-srail-gosterdiyi-kopmeye-gore-azerbaycana-tesekkur-edib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR