Serbiyanın daxili işlər naziri Azərbaycana gəlir

Serbiyanın daxili işlər naziri Azərbaycana gəlir
18:52 25 Noyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Serbiya Baş nazirinin müavini və daxili işlər naziri Neboyşa Stefanoviç dekabrın 4-də Azərbaycana üç günlük səfər edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç deyib.

N.Stefanoviçi Bakıya Azərbaycanın daxili işlər naziri Ramil Usubov dəvət edib.

Serbiyalı nazir səfər zamanı Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək və əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/493152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR