Azərbaycan qadınları bu müğənninin nənəsinə baxıb çadralarını atdılar - FOTO

Azərbaycan qadınları bu müğənninin nənəsinə baxıb çadralarını atdılar - FOTO
19:27 25 Noyabr 2016
197 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan və SSR-nin xalq artisti Mərziyyə Davudovanın doğum günüdür.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, XX əsrin 20-ci ilinə kimi Azərbaycan səhnəsində qadın rollarını kişi aktyorlar oynayırdılar. Buna görə onlar təhqir olunur, hətta ölümlə hədələnirdilər. Azərbaycan səhnəsi uzun illər idi ki, öz qadın aktrisalarının həsrətindəydi.

Mərziyyə Davudova bu həsrətə son qoyanlardan biri oldu. Sənətşünas Mehdi Məmmədov onun haqqında belə yazırdı: 
"Azərbaycan aktrisasının səhnəyə gəlişi, bu sənət meydanında qələbələr çalması qəhrəmanlıq dastanıdır".

Səhnəmizin ən güclü aktrisalarından biri sayılan Mərziyyə Davudova 1901-ci ildə Həştərxanda anadan olub. İlk dəfə səhnəyə 16 yaşında çıxıb. Həştərxanda İqbal məktəbində "Birinci Teatr" adlı ikipərdəli tamaşada (1917-ci il) Əfifə rolunu oynayıb. Onun səhnə istedadının kəşf edilməsində unudulmaz sənətkarımız Hüseyn Ərəblinskinin birbaşa rolu olub.
1918-ci ildə Həştərxana qastrol səfəri zamanı Ərəblinski, gənc qızın oyununu çox bəyənir və onu Bakıya dəvət edir. 

Mərziyyə Davudovanın da ən böyük istəyi Hüseyin Ərəblinski ilə tərəf müqabili olmaq idi. Lakin Hüseyn Ərəblinskinin 1919-cu ildə doğma dayısı oğlu tərəfindənqətlə yetirilməsi aktrisanın arzusunu ürəyində qoyur. 

Lakin çox keçmir, həyat Mərziyyə Davudovanın üzünə gülür. Abbas Mirzə Şərifzadə kimi nəhəng aktyorla səhnədə tərəf müqabili olur. Bir müddət sonra onlar vəfalı ömür-gün yoldaşına çevrilirlər.

Mərziyyə xanımın qismətinə Azərbaycan tarixində yeniliyə imza atmaq da düşür. Cəfər Cabbarlının "Sevil" pyesi səhnələşdirilən zaman aktrisamızın yaratdığı "Sevil" obrazı böyük əks-səda yaradır. O, rolunu elə inandırıcı oynayır ki, tamaşaya gələn qadınlar çadralarını zaldaca çıxarıb atırlar.

"Hacı Qara", "Bir Ailə", "Bakının İşıqları", "Bir Məhəllədən İki Nəfər", "Koroğlu" və s. filmlərdə oynayan Mərziyyə Davudovanın bir uğuru digərini səsləyirdi. 

O, Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli insan cizgiləri yaradıb. 

Fatma Muxtarova, Şövkət Məmmədova, Həqiqət Rzayeva, Sürəyya Qacar, Münəvvər Kələntərli kimi cəsarətli sənət fədailərinin sırasına qoşulan Mərziyyə xanım Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" musiqili komediyasında əvvəlcə Gülçöhrə, sonra isə Cahan xala rollarını oynayıb. Hüseyn Cavidin "İblis" əsərinin tamaşasında həyat yoldaşı Abbas Mirzə Şərifzadə ilə tərəf müqabili olub.

1936-cı ildə Mərziyyə Davudova "Xalq artisti " adına layiq görülür. Lakin bu sevincini gözüdolusu yaşaya bilmir. Belə ki,1937-ci ilin repressiyası onun ailəsindən də yan keçmir. Mikayıl Müşfiqdən , Ülvi Rəcəbovdan, Əhməd Cavaddan, Hüseyn Caviddən sonra növbə onun ömür-gün yoldaşına çatır.

1938-ci ildə Abbas Mirzə Şərifzadənin güllələnməsi Mərziyyə xanımın həyatını alt -üst edir. Həyat yoldaşının ölümündən sonra onu ayaqda saxlayan oynadığı rollar və böyük məhəbbətinin nişanəsi olan qızı aktrisa Firəngiz Şərifova olur.

1956-cı ildən Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edən aktrisa 1962-ci ildə 61 yaşında vəfat edir. 

Qeyd edək ki, Mərziyyə Davudova Eurovision mahnı müsabiqəsində Azərbaycana birincilik gətirən Eldar Qasımovun ulu nənəsidir. 

Milli.Az













RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Biləsuvarda ağır qəza: ölən və yaralananlar var

20 Sentyabr 2017 08:04

Döymə sənətində YENI TREND: Venesiya və Viktoriya mədəniyyəti bir arada - FOTOLAR

20 Sentyabr 2017 08:03

Biləsuvarda bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

20 Sentyabr 2017 08:02

Moskvada azərbaycanlı müttəhim məhkəmə zalından qaçıb

20 Sentyabr 2017 07:47

Ərdoğan: “Kürdlər bizim dostlarımızdır”

20 Sentyabr 2017 07:44

21-ci əsrdə mağarada yaşayan adam: “Həyatımdan məmnunam” - FOTOLAR

20 Sentyabr 2017 07:03

Boliviya prezidenti ABŞ rəhbərliyini bəşər üçün başlıca təhlükə adlandırıb

20 Sentyabr 2017 06:47

Xızıda 350 ədəd partlamamış hərbi sursat tapıldı

20 Sentyabr 2017 06:24

Azərbaycan üçün tarixi qərar verilə bilər

20 Sentyabr 2017 06:03

Bakıda gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib

20 Sentyabr 2017 05:32

Moskva bazarında qətl

20 Sentyabr 2017 05:28

Maduro Trampı "yeni Hitler" adlandırıb

20 Sentyabr 2017 05:27

Gündüz İsmayılov: "Bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar"

20 Sentyabr 2017 05:02

Bakıda orta yaşlı kişi məhkəmə binası qarşısında döyülüb

20 Sentyabr 2017 04:52

Eks sevgilisi aktyordan 1 milyon tələb edir

20 Sentyabr 2017 04:49

İlham Əliyev: "Bizim xarici siyasətlə bağlı uğurlarımız barədə danışmaq üçün çox vaxt lazımdır"

20 Sentyabr 2017 04:37

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırdı

20 Sentyabr 2017 04:33

Rusiya Hava Desant Qoşunlarının komandanı qəzaya düşdü

20 Sentyabr 2017 04:14

Ərdoğan kürdlərə çağırış etdi

20 Sentyabr 2017 03:44

Artıq Vayfaydan su altında da istifadə edə biləcəyik - FOTO

20 Sentyabr 2017 03:38

İlham Əliyev ABŞ Prezidenti və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 03:27

Sarqsyan: "Ermənistan Türkiyə ilə diplomatik münasibətləri pozmağa hazırdır"

20 Sentyabr 2017 03:22

Ərdoğan: "Azərbaycanın ərazi bütövlüyü Cənubi Qafqazda sabitliyin açarıdır"

20 Sentyabr 2017 03:12

Netanyahu BMT-də: "Azərbaycanla əməkdaşlığı genişləndirmişik"

20 Sentyabr 2017 02:59

Tovuzda 4 otaqlı ev yandı

20 Sentyabr 2017 02:38

Messi "Barselona" - "Eybar" matçında poker edib

20 Sentyabr 2017 02:37

Ərdoğan BMT-də Qarabağdan danışdı

20 Sentyabr 2017 02:24

Gəyirmənin səbəbi və qarşısını almaq üsulları

20 Sentyabr 2017 02:03

Ebru Gündeş Bakıda toyda

20 Sentyabr 2017 01:59

İlham Əliyev BMT-də nahara qatıldı

20 Sentyabr 2017 01:49

Brüssel 2020-ci il Avropa çempionatına təşkilatçılıq hüququndan məhrum edilə bilər

20 Sentyabr 2017 01:47

Kariyesin yaranma səbəbləri məlum oldu

20 Sentyabr 2017 01:45

Sitalçayda 350 ədəd partlamamış hərbi sursat aşkar edilib

20 Sentyabr 2017 01:42

Bu gün UEFA Azərbaycan üçün tarixi qərar verə bilər

20 Sentyabr 2017 01:32

Ərdoğan: "Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik"

20 Sentyabr 2017 01:28

İlham Əliyev BMT-nin baş qərargahında rəsmi dövlət naharında iştirak edib

20 Sentyabr 2017 01:22

"Rosneft" İraqdakı regional hökumətlə müqavilə imzaladı -

20 Sentyabr 2017 01:20

Rusiya hərbi təyyarələri amerikalı əsgərləri vurdu -

20 Sentyabr 2017 01:05

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb

20 Sentyabr 2017 00:52

Daha bir ölkə Ərbilin referendum qərarına qarşı çıxdı

20 Sentyabr 2017 00:49

Meksikada güclü zəlzələ: ölənlər var

20 Sentyabr 2017 00:44

Kərkükdə vəziyyət gərginləşdi -

20 Sentyabr 2017 00:30

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 00:20

İsraili yer üzündən silərik -

20 Sentyabr 2017 00:10

Astroloji proqnoz - 20 sentyabr

20 Sentyabr 2017 00:03

Rusiya nümayəndə heyəti Litva prezidentinin BMT-də çıxışı öncəsi zalı tərk edib

20 Sentyabr 2017 00:02

Bu gün Azərbaycanda Neftçilər günüdür

20 Sentyabr 2017 00:02

Meksikada 7,1 bal gücündə zəlzələ olub

19 Sentyabr 2017 23:58

Klinton yenə Trampı tənqid etdi

19 Sentyabr 2017 23:49

Meksikada güclü zəlzələ - İnsanlar küçələrə axışdı - FOTO

19 Sentyabr 2017 23:48