"Matçın sonlarında "Qəbələ"nin yorulduğu sezilirdi - MÜSAHİBƏ

"Matçın sonlarında "Qəbələ"nin yorulduğu sezilirdi - MÜSAHİBƏ
19:27 25 Noyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Qəbələ" üzərində 3:1 hesablı qələbə qazanan "Anderlext" (Belçika) klubunun qanalı yarımmüdafiəçisi Frank Aşemponq matçdan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

Milli.Az müsahibəni təqdim edir:

- Qarşılaşma barədə nə deyə bilərsiz?

- Əlbəttə, asan oyun olmayacağını bilirdik. "Qəbələ"nin mərhələ adlamaq üçün şansı olmasa da, azarkeşləri üçün mübarizə aparacağı gözlənilən idi. Bura hansı məqsəd üçün gəlmişdiksə, ona da nail olduq. Ancaq qələbəni heç də asanlıqla qazanmadıq.
 
- Əslində, oyunun taleyini hakimin penalti qərarları həll etməli idi...

- Qərarları hakim verir. Artıq oyun başa çatıb. Bu haqda nəsə demək düzgün çıxmaz. 

- Deməli, referi penaltiləri təyin edərkən haqlı idi?

- Hakimin qərarlarına şərh vermək istəmirəm. Onlar da səhv edə bilərlər. Həmin səhv bizim lehimizə də ola bilər, əleyhimizə də. Məncə, ikinci penalti epizodunda qapıçı topa oynamışdı və "Qəbələ"nin futbolçusuna toxunmamışdı. Hakim qərar veribsə, onunla razılaşmaqdan başqa çarə yoxdu. Futbolda qalib gəlmək də var, uduzmaq da, eyni zamanda belə qərarlarla üzləşmək də.
 
- "Qəbələ" gözlədiyiniz kimi oynadı?

- İndi elə mərhələdəyik ki, kiminsə zəif oynayacağını düşünməməliyik. Bu peşəkarlıqdan uzaqdı. "Qəbələ"nin güclü rəqib olduğunu ilk oyundan bilirdik. Burdakı görüşdə də yaxşı mübarizə apardılar.
 
- Qələbə qollarını rəqibiniz azlıqda qaldıqdan sonra vurdunuz...

- "Qəbələ" birinci hissədə çox yaxşı oynadı. Amma ikinci hissədə üstünlük tamamilə bizdə idi. Sadəcə, rəqibin qapısı qarşısında çoxala bilmirdik, nəticədə üstünlüyümüz qolla tamamlanmırdı. Həm də matçın sonlarında "Qəbələ"nin yorulduğu sezilirdi. Bu da işimizə yaradı.
 
- Rəqibin heyətində xüsusi fərqləndirmək istədiyiniz futbolçu varmı?

- Texnikalı futbolçuları çoxdu. Onlardan saçı buruq-buruq olan futbolçunu (Teo Uiksi nəzərdə tutur - red.) xüsusi qeyd edərdim.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR