"Mercedes" "Jiquli" ilə toqquşdu: yaralı var - FOTO

"Mercedes" "Jiquli" ilə toqquşdu: yaralı var - FOTO
19:57 25 Noyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Salyan şəhərinin Mirbağırağa və Ə.Kürçaylı küçələrinin kəsişməsində "Mercedes-C" və taksi kimi fəaliyyət göstərən VAZ-2106 markalı avtomaşınlar toqquşub.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, toqquşmadan sonra VAZ-2106 idarəetməni itirərək həm də yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində "Jiquli"nin sürücüsü, 1971-ci il təvəllüdlü Salahov Hikmət Sabir oğlu və sərnişini - 1991-ci il təvəllüdlü Salyan şəhər sakini Cəfərov Rəvan Fəttah oğlu xəsarət aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Sürücü sol bazu sümüyünün qapalı-qəlpəli və sol mil sümüyünün sınığı xəsarətləri aldığından üzərində əməliyyat keçirələcəyi gözlənilir.

Sərnişin Rəvan Cəfərova isə sol qaş nahiyəsinin və döş qəfəsinin əzilməsi diaqnozu qoyularaq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Hadisə ilə bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR