Milli üzvlərindən şok açıqlama: "Baş məşqçi bizə cinsi..."

Milli üzvlərindən şok açıqlama:   "Baş məşqçi bizə cinsi..."
20:17 25 Noyabr 2016
194 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə İngiltərə milli komandasının 4 sabiq futbolçusu qalmaqallı açıqlamalar verib. BBC-nin qonağı olan sabiq idmançılar aşağı yaş qruplarında futbol oynayarkən məşqçilər tərəfindən cinsi təcavüzə məruz qaldıqlarını iddia edib. 


Keçmiş futbolçu Andi Vudvord həmin anları dilə gətirərkən göz yaşlarına hakim ola bilməyib. Kriz Ansuort, Cekson Dunford və Stiv Uolters də sabiq baş məşqçi Barri Bannel tərəfindən cinsi təcavüzə uğradıqlarını dərin üzüntü ilə dilə gətiriblər. Ansuort təqribən 100 dəfə cinsi təcavüzə məruz qaldığını bildirib.


Sabiq futbolçular onlara təcavüz edənlər arasında başqa məşqçilərin olduğunu desələr də onların kimliyini açıqlamayıblar. Təcavüz iddialarının gündəmə gəlməsindən sonra daha 11  sabiq futbolçu məsələ ilə bağlı polisə müraciət edib. 


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR