Zəlzələ Çini də silkələdi

Zəlzələ Çini də silkələdi
20:18 25 Noyabr 2016
81 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin şimal-qərbində, Tacikistan və Qırğızıstan ilə sərhədi yaxınlığında 6,9 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə RİA Novosti informasiya agentliyi Avropa Aralıq dənizi seysmoloji xidmətinə istinadla məlumat yayıb.

Yeraltı təkanlar Sincan-Uyğur muxtar mahalında qeydə alınıb. Zəlzələ ocağı Tacikistanla sərhəddən 25 kilometr, Qırğızıstanla sərhəddən isə 30 kilometr məsafədə, yerin 40 kilometr dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR