Bakııda avtobus sürücülərinə ciddi xəbərdarlıq

Bakııda avtobus sürücülərinə ciddi xəbərdarlıq
20:22 25 Noyabr 2016
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıətrafı qəsəbələrə gedən bəzi marşrut xətlərinin daşıyıcılarına ciddi xəbərdarlıq edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən 131, 172, 189 saylı marşrut xətlərinin daşıyıcılarına ciddi xəbərdarlıq edilib və müvafiq tövsiyələr verilib. Sürücülərin mütəmadi olaraq etik davranış qaydalarına, avtobuslararası intervala riayət etməsi, həmçinin sərnişinlə dolu avtobuslarla yanacaqdoldurma məntəqəsinə girməməsi ciddi şəkildə tapşırılıb.

Həmçinin sürücülərin xəttə çıxmamışdan əvvəl maarifləndirilməsi, təlimatlandırılması tapşırılıb.

Bundan başqa, 189 saylı marşrut xəttinin 2 avtobusunda texniki problem olduğu üçün xətdən çıxarılıb.

MƏQALƏDƏ: Bakı Nəqliyyat Agentliyi avtobus sürücüləri

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR