Sabirabadda istehlakçı hüquqlarına həsr olunmuş konfrans keçirilib

Sabirabadda istehlakçı hüquqlarına həsr olunmuş konfrans keçirilib
20:37 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Baqkı. 25 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi məqsədilə Sabirabadda konfrans keçirilib.
"Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 300-dən çox istehlakçı iştirak edib.
Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müxtəlif aspektləri, istehlakçıların mal alarkən və xidmətlərdən istifadə edərkən diqqət yetirməli olduğu məsələlər, xidmət qaydalarına əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məruzələrlə çıxış ediblər.
Tədbir çərçivəsində Dövlət Xidməti tərəfindən Sabirabad rayonunda fəaliyyət göstərən, malları və xidmətləri dövlət vəsaiti hesabına satın alan təşkilatların nümayəndələri üçün seminar keçirilib. “Dövlət satınalmaları sahəsində şəffaflıq, ədalət və səmərəlilik” mövzusunda keçirilən seminarda iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik barədə ətraflı məlumat verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR