“Ərimin məndən başqa 5-6 arvadı vardı” - Bakıda ailə dəhşəti - FOTO

“Ərimin məndən başqa 5-6 arvadı vardı” - Bakıda ailə dəhşəti - FOTO
20:37 25 Noyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

"Yoldaşımla onun mağazasında tanış olmuşdum. 19 yaşım var idi. O vaxtlar evlənmək ağlıma belə gəlmirdi. İlk görəndən məndən xoşu gəlmişdi. Şirin dillə məni ələ aldı, evləndik. Hər şey çox yaxşı idi, maddi baxımdan problem yaşamırdıq. Düzdür, məni evdən çölə qoymurdu, televizorda ancaq dini verilişlərə baxmağa icazə verirdi. Amma bunlar mənim üçün ciddi problem deyildi. 3-cü oğlum doğulandan sonra hər şey dəyişməyə başladı".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, həmin vaxtdan həyat yoldaşının işləri pisləşir. Samirənin evindən qaçıran səbəb maddi sıxıntılar deyil. Bu ərəfədə o ərinin başqa qadınlarla münasibətinin olduğunu öyrənir:

"Bir dəfə eşitmişdim başqasını da saxlayır. Heç nə demədim. Dinimiz uyğun görürsə, olar deyə düşündüm".

İşləri pisləşəndən sonra yoldaşı kənarda münasibətdə olduğu qadınlardan birini evə gətirir. Samirə həmin qadını və uşağını qəbul etmək məcburiyyətində qaldığını deyir:

"Saxladığı qadını gətirəndə əvvəl qarşı çıxdım, dalaşdıq. Özü etiraf etdi ki, hələ başqa birini də saxlayır, bir uşaqlı qadınla da kəbin kəsdirib, saxlayıb. İşləri pisləşəndə ondan da ayrılıb. Neçə qadınla da siğə etmişdi, sayını xatırlamıram. O din adı altında şeytanlıq edirdi. Bütün bunlara dözərdim, amma məni döyməyə başladı. Hər gün döyürdü. Hər tərəfim gömgöy idi. İnsanlıqdan çıxmışdı. Axırda balaca oğlumu götürüb evdən qaçdım".

"Ailə quranda 23 yaşım var idi. Bir gün atam məni dostunun oğluna verdiyini dedi. Atam idi, qarşılığında heç nə deyə bilmədim. Onların razılığı ilə ailə qurdum. Qaynanam, qayınlarımla bir həyətdə yaşayırdıq. Ona görə də ailəmizə həmişə müdaxilələr olurdu".

Aytənin ailəsinin dağılma səbəbi də elə yoldaşının ailəsinin müdaxiləsi olur. Elə bir müdaxilə ki, bıçaq həqiqətən də sümüyə dirənmiş olur:

"Qayınlarım narkotik istifadə edir, içkiyə düşkündürlər. Evliliyimdən bir il sonra problemlər yaratmağa başladılar. Yoldaşım rayonda işləyir. 2-3 gün evdə olmurdu. Bu günlərdə mən adətən, anamgildə qalırdım. Hadisə yoldaşım evdə olmayanda baş verdi. Anamgildə idim, qaynatam zəng edib məni evə çağırdı. Hər şey 10 dəqiqə içində oldu. Qaynatam qollarımı tutdu, qaynım bıçaqladı. Güclə həyətə qaçdım, qardaşım hələ getməmişdi, qışqırıb çağırdım. Məni Sabunçu xəstəxanasına apardı. Yoldaşımın ailəsi əxlaqsızlıq etdiyimə görə məni bıçaqladıqları şaiyəsini yayıb. İndi anamgil də məni qəbul etmir. Bura gələndə yaralarım irinləmişdi, çox pis gündə idim".

Onu 8 yerdən bıçaqlayan qaynı bağışlanmağını istəsə də, Aytən bir də o evə qayıtmayacağını deyir. Valideynləri bağışlasa da, onların da yanına qayıtmaqdan qorxur:

"Qaynanamgillə qonşuyuq, o biri qaynım da içəndir. İçib, yenə qapımıza gəlib, dava salacaq deyə qorxuram".

"Öz ata-anamın üzünü görməmişəm. Bir bacım var. İkimiz də uşaq evində böyümüşük. Bir qadın bizi himayəyə götürmüşdü, arada gəlib baş çəkirdi. Sonradan başa düşdüm ki, məqsədi bizə kömək etmək, ana qayğısı göstərmək deyil".

Mahirəni isə evindən uzaq salan səbəb analığının qurduğu oyundur. O hələ də, bu oyunun səbəbini anlaya bilmir:

"Məni uşaq evindən çıxarıb Türkiyəyə apardı. Məndən başqa, bir neçə qız da götürmüşdü övladlığa. Orada məni biri ilə evləndirdi. Uşağım olanda sənədlərimdəki uyğunsuzluq müəyyən oldu. O hələ Bakıda olarkən mənim sənədlərimi dəyişdirib saxta pasport düzəltdiribmiş. Orada mənə imzalatdığı sənədlə isə Bakıdan qeydiyyatdan çıxarıb. Bu məsələ aşkarlananda məni ölkədən deportasiya etdilər. İndi heç bir yerdə qeydiyyatda deyiləm. Uşağım isə Türkiyədə qalıb".

Övladlarına həsrət qalan, zorakılıq görən, göz yaşı tökən, qovulan, şərlənən, haqsızlıq, ümidini itirən, alçalan, gələcəkdə ancaq qaranlıq görən, bəzən gələcəkdən belə qorxan üç qadın, üç ana.

Bu gün onların günüdür. "25 noyabr qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizə günü". Bəlkə də, heç bu gündən xəbərləri belə yoxdur. Amma zorakılığın nə olduğunu onlardan yaxşı bilən olmaz.

Haşiyə: Ötən il Azərbaycanda qadınlara qarşı 2248 zorakılıq halı baş verib. Onların 867-si qısqanclıq zəminində törədilib. Azərbaycanda məişət zorakılığı qadınlara qarşı törədilən cinayətlərin yarısını təşkil edir. 2006-2015-ci illər ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 1593 şikayət daxil olub. Bu şikayətlər əsasən, təhlükəsizliyin təmin edilməsi, zorakılıq halının təkrarlanması halları, təqsirli şəxsin cəzasının ağırlaşdırılması, zorakılığı törədən şəxsin xəbərdarlığa məhəl qoymaması ilə bağlı olur.

Onlar təkcə, zorakılığı bilmir, artıq onunla mübarizə də aparırlar. Bunun üçün "Təmiz Dünya" İctimai Birliyinə sığınıblar. Qaldıqları sığınacaq onların evi, onlarla oxşar taleyi bölüşən qadınlar isə ailələri olub.

Ailələri, yaxınları, tanışları onlardan imtina etsə də, birlik onlara sahib çıxıb. Biz də bu gündə onların yanında olub, zorakılıqla necə mübarizə apardıqlarını öyrəndik.

27 qadın, 21 uşağın sığındığı bu məkanda hamı mübarizədədir. Keçmişin üstündən xətt çəkib, yeni həyata başlamaq üçün mübarizə aparırlar. İctimai Birliyin əvvəlki sığınacağından fərqli olaraq bura daha genişdir. Sığınacaq sakinləri rahatlığı üçün bütün imkanlar yaradılıb.

Sığınacaqda işlər konkret plan əsasında aparılır. Burada həyat evlərdən adi evdəki kimidir. Girişdəki divarda iş cədvəlindən burada işlərin növbəli həyata keçirildiyi görünür. Hər bir sakin tezdən duranda gündəlik nə edəcəyini bilir. Kimi yemək bişirir, kimi otaqları səliqəyə salır, kimi də alınacaq ərzağın siyahısını tutur. Amma qadınlara həm də müxtəlif mövzularda seminarlar təşkil edilir. Müxtəlif kurslar təşkil edilir. Xüsusən, təhsili olmayanlara peşə öyrədilir.

"Təmiz Dünya" İctimai Birliyin sosial işçisi Yaqut Məmmədyarova deyir ki, sığınacağa gələn hər bir qadın əvvəl karantin otağında saxlanılır, müayinə edilir:

"Bəzən sığınacağa gələnlərin müxtəlif xəstəlikləri aşkarlanır. Onları müalicə etdiririk. Amma sığınacaq əməkdaşları əvvəlcə, onların ürəklərindəki yaraları sağaltmağa çalışırlar. Həyat təhlükəsi olmayanlar işlə təmin edilir. Qadınlara psixoloji, hüquqi bütün yardımlar həyata keçirilir. Qadınlar ayaq üstə dayanıb, problemlərini həll edənə qədər burada qalırlar".

Adətən, bura gələnləri sənədləri qaydasında olmur. Sığınacaq hesabına sənədlər alınır, boşanmaq, mülk davası olanlara da hüquqi yardım göstərilir.

İşlər dildə deyildiyi kimi asan olmur. Sığınacaq əməkdaşları buranın sakinlərinin ailələri, yaxınlarının zəngləri, təhdidləri ilə də mübarizə aparırlar.

Başqa yerdə "ərindir, döz" sözlərinə aldanıb döyülməyə razı olanlar sığınacağa gələndən sonra hüquqlarını başa düşür, mübarizə apara biləcəklərini dərk edirlər.

Amma sığınacaqdan qalanlardan təkrar ailəsinə qayıdanlar da olub.

Yaqut xanım deyir ki, bəzən zorakılığa boyun əyib geri qayıdanlar da olur. Burada heç kim, heç nəyə məcbur edilmir:

"Yalnız qadınların hüquqları qorunmur, uşaqların da təhsillərinin yarımçıq qalmaması üçün işlər aparılır. Hazırda sığınacağa gələndə təhsildən yayınan 6 uşaq təhsilə cəlb edilib. İki uşaq isə hələ ki, sənədləri olmadığına görə təhsildən yayınır.

Bu sığınacaq qadınların ümid yeridir. Buradan çıxan qadın həyata qarşı hazır olur. Küçədə ağlayan, zorakılıq görən qadınları da bura gətirir. Gətirir ki, zorakılığa boyun əyməsin. Çünki onlar zorakılıqla mübarizə yolunu artıq tapıblar".

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Qarabağ" -"Roma" oyunun hakimləri açıqlandı

25 Sentyabr 2017 13:59

"Göztəpə"-dən növbəti inamlı qələbə

25 Sentyabr 2017 13:59

"Topaz" şirkəti "Abşeron" yatağının işlənməsində iştirak edəcək

25 Sentyabr 2017 13:57

"Azərbaycan İraqın şimalındakı referenduma qarşıdır” - Allahşükür Paşazadə

25 Sentyabr 2017 13:54

Mark Zukerberq “Facebook”un hissələrini satır: ÖRNƏK OLACAQ SƏBƏB

25 Sentyabr 2017 13:53

Almaniyada 12 ildir dəyişməyən hakimiyyət - Angela Merkelə alternativ tapılmır?!

25 Sentyabr 2017 13:52

Yadplanetlilərin tikdiyi deyilən piramidaların sirri ortaya çıxdı - FOTOLAR

25 Sentyabr 2017 13:48

Orxan Sadıqlını meydan qovan hakim "Qarabağ" üçün gəlir

25 Sentyabr 2017 13:47

Yevlaxda silahlı insident olub

25 Sentyabr 2017 13:47

Rusiyada dünya çempionunu öldürən Anar barədə POLİSDƏN GÖZLƏNİLMƏZ ADDIM - VİDEO

25 Sentyabr 2017 13:43

Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki

25 Sentyabr 2017 13:40

Hər səhər acqarına bir stəkan için

25 Sentyabr 2017 13:35

İngiltərədə imama hücum etdilər

25 Sentyabr 2017 13:33

Bu həftə ABŞ dollarının məzənnəsinə təsir edəcək açıqlamalar gözlənilir

25 Sentyabr 2017 13:32

Gürcüstanın Borjomi bölgəsində yanğın lokallaşdırılıb

25 Sentyabr 2017 13:32

Gəncədə avtomobil qadını ərinin gözləri qarşısında vuraraq öldürüb

25 Sentyabr 2017 13:32

"Fənərbaxça"- "Beşiktaş" oyununun hakiminə AĞIR CƏZA

25 Sentyabr 2017 13:29

"Windows" istifadəçilərinə xəbərdarlıq edildi

25 Sentyabr 2017 13:29

UEFA "Qarabağ" - "Roma" oyununa təyinatları açıqladı

25 Sentyabr 2017 13:27

Tehrandan kürd muxtariyyətinə ZƏRBƏ

25 Sentyabr 2017 13:23

Yevlaxda xəstəxanaya düşən şəxsin narkotik oğurlayarkən güllələndiyi məlum olub

25 Sentyabr 2017 13:22

Hindistanda fabrikdə yanğın olub, 8 ölü, 25 yaralı var

25 Sentyabr 2017 13:22

ATƏT PA-nın rəsmisi məcburi köçkünlərlə görüşüb

25 Sentyabr 2017 13:19

Yaşlanma və qırışlar əleyhinə ən yaxşı 4 İÇKİ

25 Sentyabr 2017 13:18

"Qarabağ" - "Roma" matçının hakimləri açıqlanıb

25 Sentyabr 2017 13:17

AFFA "Bakılı" və "Şahdağ"la bağlı qərar verdi

25 Sentyabr 2017 13:17

"Qalatasaray" gözlənilməz dönüş etdi

25 Sentyabr 2017 13:17

Sürücü maşınla divar arasında qalıb öldü - ABŞERONDA

25 Sentyabr 2017 13:14

Nasist partiya parlamentdə

25 Sentyabr 2017 13:14

“Artıq zəmin hazırlanıb” - Ankaradan müharibə XƏBƏRDARLIĞI

25 Sentyabr 2017 13:13

Rusiyanın ən kriminal regionları açıqlanıb

25 Sentyabr 2017 13:07

Faiq Ağayevdən sərt reaksiya

25 Sentyabr 2017 13:06

Allahşükür Paşazadə İstanbulda - FOTO

25 Sentyabr 2017 13:04

Ömürlük məhbusların şərti azadlığa buraxılması üçün YENİ QAYDA

25 Sentyabr 2017 13:03

Bakı Ali Neft Məktəbinin 18 məzunu “Azneft”də işlə təmin edilib

25 Sentyabr 2017 13:02

Ailəsini qətl edən şəxs: "Sanki özüm deyildim"

25 Sentyabr 2017 12:59

XƏBƏRDARLIQ: Temperatur bir qədər də enəcək

25 Sentyabr 2017 12:59

30 nəfəri öldürüb yeyən ƏR-ARVAD ƏLƏ KEÇDİ: 18 illik cinayətin DƏHŞƏTLİ DETALLARI

25 Sentyabr 2017 12:58

Türkiyə XİN ölkə vətəndaşlarını İraqın şimalını tərk etməyə çağırıb

25 Sentyabr 2017 12:57

Türkiyənin baş naziri: “Referendum”un barış və sabitliyə heç bir təsiri olmayacaq”

25 Sentyabr 2017 12:57

Azərbaycan Mərkəzi Bankı 100 mln. manat cəlb edib

25 Sentyabr 2017 12:57

Bərdədə 6 yaşlı uşaq poliklinikada ölüb

25 Sentyabr 2017 12:57

Ermənistanda rus dili xarici dil statusu alıb

25 Sentyabr 2017 12:57

Azərbaycanda narkomanlar həbs edilməyəcək

25 Sentyabr 2017 12:53

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir

25 Sentyabr 2017 12:52

Azərbaycan Premyer Liqasında mövsümün ilk və 50-ci qollarının müəllifi eyni futbolçu olub

25 Sentyabr 2017 12:52

Bakıda müğənninin qətl törətməkdə təqsirləndirilən atasının məhkəmə istintaqı başa çatıb

25 Sentyabr 2017 12:52

Ömürlük məhbuslara güzəşt tətbiq ediləcək - AZƏRBAYCANDA

25 Sentyabr 2017 12:49

Çində yanğın dəhşəti: 11 nəfər öldü

25 Sentyabr 2017 12:48

“CinemaPlus”da Azərbaycan Gənclər Film Festivalı keçiriləcək

25 Sentyabr 2017 12:47