“Qara Cümə” yoxsa #bugünheçnəalmayın

“Qara Cümə” yoxsa  #bugünheçnəalmayın
20:47 25 Noyabr 2016
125 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Qara Cümə", yəni Black Friday ABŞ-da 1930-cu illərdən bəri Milad bayramı öncəsi alış-veriş mövzümünün başlanğıcı sayılır.

Bir sıra şirkətlər bu günü böyük endirimlər edir və alış-veriş həvəskarları səhər tezdən dükanlara və ticarət mərkəzlərinə axışırlar.

Black Friday bayram deyil və hər il noyabr ayının sonuncu cümə günü qeyd edilir.

Milli.Az BBC-yə istinadən bildirir ki, hazırda bu günü təkcə ABŞ-da deyil, dünyanın digər inkişaf etmiş ölkələrində, son vaxtlar isə Azərbaycanda da dükanlar müştərilərinə endirimlər təklif edirlər.

Dünya boyunca bir sıra sosial media istifadəçiləri isə bu gün heç nə almayın mənasını verən #buynothingday həştəqi ilə bu günə qarşı çıxır və insanları kütləvi alış-verişdən yayınmağa çağırırlar:

"#blackfriday-ə qoşulmayın... Bu, ehtiyacınız olmayan şeyləri almağınız üçün keçirilən kommersialaşmış hipermarketinqdir", @HalehMoravej Twitter-də yazır.

@simonpjbest tvit edir: "Bu gün aldığım yeganə şey avtobus biletidir. #buynothingday-də işlərim qaydasındadır".

"#buynothingday-iniz mübarək olsun! Ticarət mərkəzlərindən yayının və bu gün pul deyil, vaxt xərcləyin!" - @millionweaver təklif edir.

@dynamoe isə yazır ki, "Pulun olmayanda #buynothingday də asandır".

Bir sıra sosial media istifadəçiləri #buynothingda həştəqi ilə Black Friday-də təklif olunan endirimlərdən yayınmağa və pul xərcləməməyə çağırılarImage copyrightTWİTTERImage captionBir sıra sosial media istifadəçiləri #buynothingda həştəqi ilə Black Friday-də təklif olunan endirimlərdən yayınmağa və pul xərcləməməyə çağırılar

Bəzi istifadəçilər isə Black Friday-in əhəmiyyətli olduğunu bildirilər.

"Bəzi insanlar #buynothingday-in üstünlüklərindən istifadə edə bilmirlər, çünki onlar ailələrini yedizdirmək və geyindirmək üçün endirim və güzəştlərə bel bağlayırlar", @samanthafraser yazır.

Siz də bu gün endirim və güzəştlərdən istifadə edərək alış-verişə qoşulmusunuzmu, yoxsa bu günün sizi ehtiyacınız olmayan şeyləri almağa məcbur etdiyini düşünürsünüz?

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/493182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR