Misirdə silahlıların hücumu: 11 ölü, 12 yaralı

Misirdə silahlıların hücumu: 11 ölü, 12 yaralı
22:12 25 Noyabr 2016
63 Dünya
Ölkə mətbuatı
A- A+

Misirdə silahlıların hücumu nəticəsində ölən hərbçilərin sayı 11 nəfərə  çatıb, 12 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün Misirin Sinay yarımadasının şimalında, əl-Əriş şəhəri yaxınlığında silahlılar nəzarət-buraxılış postuna hücum edib.
 
Bu gün hadisə yerində daha üç hərbçinin meyiti tapılıb. Ötən gün silahlıların hücumu zamanı nəzarət-buraxılış postunda minalanmış avtomobil partladılıb. Partlayışdan sonra atışma baş verib. Hücum zamanı postda 30-dək hərbçi olub.

İŞİD terror qruplaşması Misirin Sinay yarımadasının şimalında nəzarət-buraxılış postuna hücum görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, Misir ordusu artıq iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR