Rayonlarda analoq yayım dayandırılır - VİDEO

Rayonlarda analoq yayım dayandırılır - VİDEO
22:52 25 Noyabr 2016
208 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərpoçt" MMC rəqəmsal TV dekoderlərinin ilk partiyasını rayon poçt filiallarına çatdırıb. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, dekoderlərin satışı artıq Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmaz poçt şöbələrində həyata keçirilir. Bu rayonlarda analoq yayım dekabrın 1-dən dayandırılacaq.

Dekabrın 1-dən bəzi bölgələrdə analoq yayım dayandırılacaq. Buna görə də "Azərpoçt" MMC rəqəmsal TV dekoderlərinin ilk partiyasını bu rayonlara göndərib.

Dekoderlərin satışı artıq Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmaz poçt şöbələrində həyata keçirilir. Adıçəkilən rayonlarda analoq yayım dekabrın 1-dən dayandırılacaq. Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün dekoderləri poçt şöbələrindən əldə etmək mümkündür. Qubaya artıq 900 belə cihac göndərilib.

Poçt rəsmisi bildirir ki, dekoderlər rayonun bütün şöbələrinə göndərilib.

Rayon ərazsində dünəndən satışına başlanılıb.

"Azərpoçt" MMC-dən bildiriblər ki, rayonlarda rəqəmsal yayıma keçid mərhələli şəkildə həyata keçiriləcək. İkinci mərhələdə dekabrın 10-dan, üçüncü mərhələdə dekabrın 20-dən həyata keçiriləcək. Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Analoq yayım üçün istifadə olunan anten vasitəsilə rəqəmli formatda TV proqramları izləmək mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR