Aleksandr Lukaşenko: "Belarus öz müəssisələrində Azərbaycan neftinin emalında maraqlıdır"

Aleksandr Lukaşenko: "Belarus öz müəssisələrində Azərbaycan neftinin emalında maraqlıdır"
22:57 25 Noyabr 2016
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ "Ölkə öz müəssisələrində Azərbaycan neftinin emalında maraqlıdır".
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Bizim respublikamız hələ SSRİ vaxtlarından inkişaf etmiş neft-kimya kompleksinə malikdir. Bu müəssisələr dünya standartlarına uyğun yüksək texnologiya səviyyəsi ilə, neft hasilatının dərinliyi ilə və neft məhsullarının keyfiyyəti ilə səciyyələnir.
Xarici bazarlarda Belarus neft-kimyası məhsulunun 70 faizindən çoxu reallaşır. Buna görə Azərbaycan neftinin zavodlarımızda emalı bizim üçün böyük maraq kəsb edir", — deyə Lukaşenko bildirib.
Qeyd edək ki, Belarus prezidenti noyabrın 28-29-da Azərbaycana rəsmi səfərə gələcək.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/aleksandr-lukasenko-belarus-oz-muessiselerinde-azerbaycan-neftinin-emalinda-maraqlidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR