Fransada qocalar evinə hücumda şübhəli bilinən şəxs saxlanılıb

Fransada qocalar evinə hücumda şübhəli bilinən şəxs saxlanılıb
23:17 25 Noyabr 2016
79 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Fransanın jandarm qüvvələri ölkənin cənubundakı Ero departamentində qocalar evinə hücum etməkdə şübhəli bilinən şəxsi saxlayıb.
"Report" xəbər verir ki, bu barədə "France Presse" məlumat yayıb.
Məlumatda bildirilir ki, saxlanılmış 47 yaşlı şəxs bir zamanlar qocalar evində işləyib. Qeyd edək ki, cümə axşamı maskalı şəxs Monfere-syur-Le şəhərindəki qocalar evinə hücum edib. Hadisə zamanı sanitar həlak olub.
Hadisədən dərhal sonra əraziyə xüsusi təyinatlı polis cəlb edilsə də, cinayətkar qaçıb gizlənə bilmişdi.
Qocalar evində 59 təqaüdçünün yaşadığı bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransada-qocalar-evine-hucumda-subheli-bilinen-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR