Portağalı yeyəndə qabığını atmayın, çünki...

Portağalı yeyəndə qabığını atmayın, çünki...
23:37 25 Noyabr 2016
264 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər birimiz portağalın bol miqdarda C vitamini ilə zəngin olduğunu bilirik. Portağalın özü kimi, qabığı da çox faydalıdır.

Milli.Az axşam.az-a istinadən portağal qabığının faydalarını təqdim edir:

Portağal qabığını sərin yerdə qurudun. 1 qaşıq portağal qabığı qurusunu 1 stəkan isti suya töküb ,10 dəqiqə dəmləyin. Qabıqları çıxarıb içinə 1 çay qaşığı bal əlavə edərək gündə 2 dəfə yeməkdən bir saat sonra için. Bu çay bağırsaq hərəkətlərini tənzimlədiyi üçün həzmə yaxşı təsir göstərir, həmçinin, mədə pozğunluğunu aradan qaldırır.

Portağal qabığındakı kalium, protein, vitaminlər dərimiz üçün çox faydalıdır. Onun qabığından müxtəlif maskalar hazırlamaq olar. Çünki tərkibindəki C vitamini sayəsində portağal qabıqları təbii ağardıcı hesab olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/493205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR