OPEC-in Vyana görüşü ləğv olundu

OPEC-in Vyana görüşü ləğv olundu
23:39 25 Noyabr 2016
93 Digər
Ölkə mətbuatı
A- A+

Vyanada OPEC-in kartelinə daxil olmayan ölkələrlə nəzərdə tutulan görüş baş tutmayacaq.

 

APA-nın xəbərinə görə, bu barədə “Bloomberq” agentliyinə məlumatlı mənbə bildirib.

 

Noyabrın 30-a təyin edilən sammit Səudiyyə Ərəbistanının görüşdən imtina etməsi ilə bağlı ləğv edilib.

 

Məlumata görə, Səudiyyə Ərəbistanı OPEC ölkələri öz aralarında neft hasilatına dair razılığa gəlmədiyi halda görüşün keçirilməsini mənasız hesab edir.

 

Qeyd edək ki, sentyabrın sonunda OPEC-in Əlcəzairdə keçirdiyi qeyri-formal görüşündə neft hasilatının gündəlik 32,5-33 milyon barel səviyyəsində məhdudlaşdırılması barədə razılığa gəlinib.  Bununla bağlı yekun qərarın Vyana görüşündə verilməsi gözlənilirdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260593

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR