Gəncədə yol qəzası - Xəsarət alan var

Gəncədə yol qəzası - Xəsarət alan var
02:43 26 Noyabr 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə baş vermiş avtoqəzada sürücü xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Nəriman Nərimanov prospektində baş verib.

Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Həsənov Yasin İsməddin oğlu idarə etdiyi avtomobillə qəzaya uğrayıb. Yaralı ətrafdakıların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Həkimlər tərəfindən dərhal tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilən sürücünün vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırmalar aparılır. (Report)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR