Çində baş vermiş zəlzələ zamanı 1 nəfər ölüb, dağıntılar var

Çində baş vermiş zəlzələ zamanı 1 nəfər ölüb, dağıntılar var
03:07 26 Noyabr 2016
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ Çinin şimal-qərbində, Tacikistan və Qırğızıstanla sərhəddə baş vermiş zəlzələ zamanı 1 nəfər həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi Sinzyan Uyğur muxtar dairəsinin hakimiyyət orqanlarına istinadən xəbər verib.
Məlumata görə, bu, Akto rayonunun evi zərər çəkmiş sakinlərindəndir. 
Yeraltı təkanlardan ümumilikdə 6 ev zərər çəkib.
Qeyd edək ki, dünən Çində 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 22:24-də Sinzyan-Uyğur muxtar rayonunda qeydə alınıb. 
Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-bas-vermis-zelzelede-1-nefer-olub-dagintilar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR