ABŞ-da "qara cümə": 2 ölü, 4 yaralı

ABŞ-da "qara cümə": 2 ölü, 4 yaralı
04:44 26 Noyabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da "qara cümə" adlı milad öncəsi endirimli satış mövsümünün açılışı zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

 

APA-nın “New York Daily News” qəzetinə istinadən verdiyi xəbərə görə, Nyu-Cersi ştatında “Macy's” univermağının qarşısında naməlum şəxs iki gənci  güllələyib. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada ölüb.

 

Nevada ştatının Reno şəhərində, “Walmart” hipermarketinin avtomobil dayanacağında bir alıcı digərini güllələyərək öldürüb. Cinayətkar hadisə yerindən qaçıb.

 

Daha 3 nəfər Tennessi ştatının Memfis və Çattanuqa şəhərlərində güllə yarası alıb.

 

Məlumata görə, son sutka ərzində ticarət mərkəzlərində azı 4 silahlı insident baş verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR