Suriyada ABŞ hərbçisi həlak oldu

Suriyada ABŞ hərbçisi həlak oldu
04:59 26 Noyabr 2016
73 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada ABŞ hərbçisi həlak olub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Pentaqon ötən gün həyatını itirən hərbçinin şəxsiyyətinin müəyyənləşdirildiyini bildirib.

 

“42 yaşlı Skott Deyton Suriyanın şimalında partlayıcı qurğunun işə düşməsi nəticəsində aldığı yaralardan vəfat edib”, məlumatda deyilir.

 

Məlumata görə,  S. Deyton partlayıcı qurğuların məhvi ilə məşğul olan ABŞ Silahlı Qüvvələrinin bölmələrindən birində hərbi qulluqda olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR