Rusiyada general həbs olundu

Rusiyada general həbs olundu
06:54 26 Noyabr 2016
112 Digər
Ölkə mətbuatı
A- A+

Moskva Qarnizonu Hərbi Məhkəməsinin qərarı ilə Rusiya Federasiyası Mühafizə Xidmətinin Qafqaz üzrə rəhbəri, general Gennadiy Lopırev həbs edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə,  Gennadiy Lopırev rüşvət almaqda şübhəli bilinir.

 

Mətbuata qapalı keçirilən məhkəmədə müstəntiqin vəsatəti təmin edilib. Gennadiy Lopırev barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun vəkilləri  bildirib ki, məhkəmənin qərarından apelyasiya şikayəti veriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR