Avstraliya ən çox axtardığı terrorçunun Türkiyədə tutulduğunu təsdiqləyib

Avstraliya ən çox axtardığı terrorçunun Türkiyədə tutulduğunu təsdiqləyib
07:42 26 Noyabr 2016
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ Avstraliya hökuməti bu ölkədə ən çox axtarılan terrorçu, İŞİD qruplaşmasının üzvü Nil Prakaşın Türkiyədə tutulduğunu təsdiqləyib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.
"Bizim Prakaş hesab etdiyimiz şəxsin tutulması Avstraliya və Türkiyə hakimiyyətinin sıx əməkdaşlığının nəticəsində oldu", - deyə Avstraliya hökumətinin mətbuat katibi bildirib.
Türkiyənin hüqüq-mühafizə orqanları Prakaşanı dindirib. Avstraliya onun ekstradisiyası haqqında formal sorğu göndərəcək.
Prakaş Avstraliyada İŞİD-in ən yüksək vəzifəli üzvü hesab edilirdi və terror aktlarının hazırlığına cəlb olunmuşdu. Onlardan birinin 25 apreldə – Avstraliyanın müharibə veteranlarının şərəfinə keçirilən milli bayram günündə həyata keçirmək planlaşdırılırdı.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avstraliya-en-cox-axtardigi-terrorcunun-turkiyede-tutuldugunu-tesdiqleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR