Avropa Komissiyasına irimiqyaslı haker hücumu

Avropa Komissiyasına irimiqyaslı haker hücumu
08:37 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Avropa Komissiyasının saytına qarşı irimiqyaslı haker hücumu həyata keçirilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu qurumun rəsmi nümayəndəsi Marqaritis Sxinas açıqlayıb. O bildirib ki, noyabrın 24-də sayt güclü kiberhücuma məruz qalıb: "Hücumu bloklamaq mümkün olub. İnformasiya sızıntısı baş verməyib".  
 
DDoS hücumlar saytın eyni anda çoxsaylı avtomatik sorğularla ifrat yüklənməsi şəklində baş verib. Bu üsul sistemin işində ciddi kəsintilərə səbəb ola bilərdi. Lakin Avropa Komissiyasından bildiriblər ki, hücumların nəticəsi yalnız internet xidmətlərinin işinin ləngiməsi ilə məhdudlaşıb.  
 
Qeyd edək ki, noyabrın 24-də Brüsseldə Avropa İttifaqı-Ukrayna sammiti keçirilib

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/493038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR