“Qara cümə”də 2 nəfər ölüb, 4 nəfər yaralanıb

“Qara cümə”də 2 nəfər ölüb, 4 nəfər yaralanıb
08:52 26 Noyabr 2016
64 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da "qara cümə" adlı milad öncəsi endirimli satış mövsümünün açılışı zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Cersi ştatında "Macy's" univermağının qarşısında naməlum şəxs iki gənci  güllələyib. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada ölüb.
 
Nevada ştatının Reno şəhərində, "Walmart" hipermarketinin avtomobil dayanacağında bir alıcı digərini güllələyərək öldürüb. Cinayətkar hadisə yerindən qaçıb.
 
Daha 3 nəfər Tennessi ştatının Memfis və Çattanuqa şəhərlərində güllə yarası alıb.
 
Məlumata görə, son sutka ərzində ticarət mərkəzlərində azı 4 silahlı insident baş verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR