Mərhum müğənninin qızına xalq artistindən xeyir-dua

Mərhum müğənninin qızına xalq artistindən xeyir-dua
10:04 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Mərhum müğənni Vidadi Bərdəlinin qızı Aytac Bərdəli ifa etdiyi “Rəngli həyat” mahnısına çəkilmiş klipi mediaya təqdim edib. Lent.az-ın məlumatına görə, söz və musiqisi ifaçının özünə məxsus olan mahnını rejissor Pərviz Əzimzadə ekranlaşdırıb.

 

Klipin təqdimatına gələn A.Vidadiqızının müəllimi, xalq artisti Mənsum İbrahimov tələbəsinə xeyir-dua verib: “Aytac mənim tələbəmdir. Onun gözəl səsi var. Xeyir duasını verirəm. Amma bir az tənbəldir. Onun səsi muğama çox uyğundur. İnanıram ki, növbəti dəfə xalq mahnısı oxuyub, klip çəkdirər. Biz də sevə-sevə gəlib iştirak edərik”.


Tədbirə əməkdar artist İlqar Muradov, Babək Niftəliyev, müğənnilər Niyam Salami, Yaşar Yusub, Yaşar Cəlilov, aparıcı Sərxan Kərəmoğlu, Cavid Gül və başqaları da iştirak edib.

 

A.Vidadıqızının yeni klipini təqdim edirik.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR